Peşə-ixtisas seçiminə həsr olunmuş layihə

Peşə və ixtisas seçmək insanın cəmiyyətdə özünü təsdiqinin əsasını təşkil edən ən başlıca amillərdən biridir. Seçim qarşısında qalan gənclərimiz çox vaxt peşə seçməkdə çətinlik çəkir, həyatı bacarıqlarına uyğun peşə seçə bilmirlər.Peşə-ixtisas seçiminə həsr olunmuş layihə
Peşə-ixtisas seçiminə həsr olunmuş layihə     İyunun 6-da “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin rayonda keçirdiyi layihə də məhz bu məsələyə həsr olunub.
100 nəfərdən çox gənci əhatə edən seminarı giriş sözü ilə İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb.
Tədbirdə iştirak edən RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin peşə təhsilinə olan diqqət və qayğısı barədə danışıb.
“Bizim Nəsil” GRİA ictimai birliyinin sədri Nurəddin Mehdiyev ölkə gənclərinin düzgün peşə-ixtisas seçiminin optimal məsələləri barədə gənclərə məlumat verib.
Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin direktoru, layihə eksperti Zaur Məmmədov peşə özünütəyini, xarakterlərin peşələrə uyğunluğu, müstəqil ixtisas seçimi, peşə-ixtisas seçimində yan təsirlər, müasir dövrün peşə və ixtisasları, əmək bazarının tələbləri və s. mövzulara toxunub, praktik tapşırıqlar icra olunub. Gənclərlə interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.
N.Kərimov

Şərh Yaz