Ekskursiyalar əhəmiyyət kəsb edir

Təqvimin günləri təkcə rəqəmlərlə deyil, təsis olunmuş adlarla da fərqlənirlər. Rəhbəri olduğum sinif şagirdlərinə bu barədə məlumat verəndə “Muzeylər günü” ərəfəsi idi. 3 A sinfinin şagirdləri və onların valideynləri ilə birlikdə rayon mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil etdim. Məqsədim şagirdlərə muzeylər və onların işi barədə ətraflı məlumat vermək idi.Ekskursiyalar əhəmiyyət kəsb edir       Şagirdlər muzeydə gördükləri qədim əşyaların nədə istifadə olunması, hansı dövrə aid olması ilə əlaqəli çoxsaylı suallarına burada cavab tapdılar.
Həmin gün Heydər Əliyev Mərkəzini də ziyarət etdik. Ulu öndərin həyatı və tarixi xidmətlərini əks etdirən eksponatlarla tanışlıq şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiyada şagirdlərlə bərabər valideynlərinin də iştirakı məktəb-ailə, müəllim-şagird əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.
Sevinc Mirzəyeva,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz