Yaddas kitabcasi

Təşəkkür məktubu

1988-1990-cı illərin məlum hadisələri səbəbindən ailəliklə Qərbi Azərbaycandan İsmayıllı rayonuna köçmüşəm. 28 ildir ki, Soltankənd kəndində yaşayıram. 75 yaşım var. Qocalıq öz işini görür. Ürək də, ciyər də problemlərin olduğunu bildirir.Təşəkkür məktubu       Bu ilin aprel-may aylarında, 22 gün İsmayıllı Rayon Mərkəzi xəstəxanasında Şahmurad həkimin müayinəsindən sonra müalicə olundum. Onun lütfkarlığı, həkim qayğısı, peşəsinin vurğunu və bilicisi olması müalicə müddətində şəfa tapmağıma təminat oldu.
Allah sanki belə insanları köməyə ehtiyacı olanlara arxa durmaq üçün göndərib. İndi evimdə, ailəmin yanındayam, ağrılarım yox dərəcəsindədir. Ambulator müalicəmi davam etdirirəm.
Sağlamlıq böyük sərvətdir. Onu mənə təmənnasız bəxş edən Şahmurad həkimə, baş tibb bacısı Şəhla xanıma, tibb bacıları Aytac və Sara xanımlara dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Belə qayğıkeş insanların əhatəsində olmaq bir xoşbəxtlikdir. Allah yaxşıları qorusun!
Tapdıq Davudov,
Soltankənd kənd sakini

Şərh Yaz