Azərbaycan torpaqlarının ilhaq və işğal xronologiyası (1801-1990-cı illər)

(bədii-tarixi publisistika)
Televiziya verilişlərinin birində aparıcı belə bir ifadə səsləndirdi: “O taylı, bu taylı Azərbaycan!”
Bu kəlmələri eşidəndə, Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik anam ah çəkdi. Oğlum IVB sinif şagirdi Xətai “Nə oldu, ay nənə?” – dedi və sual dolu baxışlarla nənəsinə və mənə baxdı… “Qulaq as, nənəm qurban, bax, gör bizim ərazimiz –“ torpaqlarımız necə böyük olub” – dedi anam Sürəyya xanım nəvəsi, ciyarparəsi, adı idealım olan oğlum –“ Xətaiyə…
Azərbaycan torpaqlarının ilhaq və işğal xronologiyası (1801-1990-cı illər)
Azərbaycan torpaqlarının ilhaq və işğal xronologiyası (1801-1990-cı illər)
Xətai də verilişə baxa-baxa mənə suallar yağdırırdı:
– Ata, vətənimizin ərazisi əvvəllər indikindən nə qədər böyük olub?
– Xəritəyə baxanda, Azərbaycan qartala bənzəyir. Qartalın bir qanadı yaralanıbsa, Qarabağ işğal altında qalırsa, yaralı qartal bir qanadla uça bilərmi?
– Niyə 50 milyon sayı olan dünya azərbaycanlıları yumruq kimi birləşib 3-4 milyonluq erməniyə qulaqburması vermir?
– Biz yenidən vahid Azərbaycan dövləti yarada bilərikmi?
– Pullu dadaşlar –“ kommersantlar, nazir vəzifəsində işləyən yurddaşlar –“ pullarını bir yerə cəm eyləyib Qarabağı qansız-qadasız geri qaytara bilərikmi?
Xətaiyə acıqlandım, o susdu. Özləri cismən olmasalar da, xatirəsi ürəyimdə ölənəcən yaşayanlar: Atam –“ Vaqif Səmədoğlu (Hüseynov), xaloğlum –“ Azər Akifoğlu (Əşrəfov), Akif Abbasoğlu (Əşrəfov) və Sübhi nənəm biz bir yerdə oturub verilişə maraqla axıradək baxdıq. Veriliş bitdi.
Mən bir tarixçi kimi izah etməyə çalışdım…
Televiziyada deyildiyi kimi, biz II Respublika –“ Azərbaycan SSR dövründəki (1920-1991-ci illər) torpaqlarımızın 20 faizini, I Respublika –“ ADR dövründəki (1918-1920-ci illər) torpaqlarımızın 40 faizinı, tarixi ərazilərimizin isə təxminən 70 faizini itirmişik. Torpaq, yurd itirə-itirə “miskin səbir” bitirə-bitirə Xəzər dənizinə dirənmişik. Allah axırımızı xeyrə calasın, təki Xəzər dənizində balıqlara yem olmayaq!
Dünyanın ən qədim insan məskənlərindən, mədəniyyət ocaqlarından 3 minillik qədim dövlətçilik tarixi olan Azərbaycan ən qədim zamanlardan 250 min kvadrat kilometr ərazini əhatə edirdi. Onun sərhədləri cənubda Səridrud, Qızılüzən çaylarından –“ Zəncan, Qəzvin bölgələri də daxil olmaqla başlayıb, şimalda Qafqaz dağlarına qədər uzanırdı. Dəmir qapı Dərbəndi də əhatə edən oğuz yurduna Borçalı, İrəvan, Zəngəzur torpaqları da daxil idi. E.ə. IX əsrdə Azərbaycanın cənubunda Urmiya gölü ətrafında Manna dövlətinin yaranması ilə başlayan 3 min illik qədim dövlətçilik tariximizin, 1 min ili müstəqillik, 2 min ili yadelli əsarəti altında olan dövr olmuşdur. Müstəqillik dövrləri xalqımızın tarixində irəliyə doğru atılan addımdır.
1501-1736-cı illər –“ mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti 410 min kv.km. ərazini əhatə edir və bu dövlət dünyanın və zəmanəsinin ən qüdrətli dövlətlərindən idi.
Tarixi Azərbaycan torpaqları tez-tez yadellilərin hücumuna məruz qalıb. Bugünkü erməni təcavüzü əslində keçmişdə ölkəmizə qarşı baş vermiş basqınlardan heç nə ilə fərqlənmir. Yadellilərin bizim ərazilərə basqını tarixin yaddaşına yazılıb. Şimallı-Cənublu vahid dövlətçilik ənənələrimizin əsası hələ qədim dövrdə ilk dövlətimiz Mannanın yaranmasından 2 əsr sonra –“ e.ə. VII əsrdə qoyulmuşdur. E.ə VII-e.ə. IV əsrlərdə Kimer-İskit-Sak padşahı Tüqdamme, İçoğuz hakimi İşpakay Vahid, o taylı-bu taylı Azərbaycan dövləti yaratmışlar. Bu tarixi şəxsiyyətlərin adı silinməzdir.
Qədim-vahid dövlətçilik ənənələrimiz sonrakı tarixi dövrlərdə: erkən, klassik və son orta əsrlər çağlarında davam etmişdir.
Beləliklə, 879-1800-cü illərdə mövcud olmuş vahid Azərbaycan dövlətləri –“ Sacilərin, Salarilərin, Eldənizlərin, bir müddət Qaraqoyunluların, Şirvanşahların, Elxanilərin, Cəlalilərin, Əfşarların və nəhayət, Qacarların hakimiyyətinin ilk dövrlərində Azərbaycan vahid, bütöv, bölünməz idi. Dərbənd, Zəncan, Bakı, İrəvan, Ərdəbil, Bərdə, Borçalı, Zəngəzur bir bayraq altında idarə olunurdu. Bu real tarixdir, uydurma deyildir.
Vahid Azərbaycan ərazisi 250 min kvadrat kilometr olmuşdur. Tanınmış rus tarixçi –“ şərqşünas alimi A.Yakubovskinin araşdırmalarına görə, XIII-XIV əsrlər Elxanilər zamanında Azərbaycan adı ilə müasir cənubi və şimali Azərbaycan əraziləri nəzərdə tutulmuşdur. Qarabağ elxanilərin yaylağı, Muğan qışlağı olmuşdur. Elxanilərin paytaxtı –“ Təbriz, Marağa, Sultaniyyə kimi Azərbaycan şəhərləri idi.
XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Azərbaycanda vahid –“ mərkəzləşmiş dövlətin olmaması ucbatından ölkəni parça-parça doğrayıb rus çarizminə və İran şahlıq üsul idarəsinə təslim edən xanlıqlar dövrü xalqımızın gələcək müstəqil inkişafına ağır zərbə vurdu. Xan babalar “Qızılqaya xəyanətindən” (1752), “Şiraz qonaqlığından” (1763) ibrət dərsi götürmədilər. Nə yazıqlar ki, gürcünün, farsın-yadellinin fitnə-fəsadından baş çıxarmadılar. Ümumiyyətlə, biz –“ azərbaycanlılar özümüzdən çox özgələrə yarıyır, özgə yumağını böyütməkdə pərgarıq. Yazıqlar olsun ki, özümüzə özgə böyüdürük, pislikləri tez unuduruq. Əgər erməninin bədbəxtliyi ona edilən yaxşılığı unutmasındadırsa, azərbaycanlının bədbəxtliyi ona edilən pisliyi unutmasındadır.
Düşməndən kömək istəyən yerli Azərbaycan hakimlərinin bəziləri öz hakimiyyətlərini, taxt-taclarını, var-dövlətlərini qorumaq üçün slavyanları-rusları köməyə çağırmışdır. Ruslar isə kömək üçün uzanmış əli geri qaytarmayıb bu fürsəti anında dəyərləndirmişlər. Azərbaycan hakimləri ümumi düşmənə qarşı birləşmək əvəzinə öz aralarındakı ixtilafları –“ problemləri həll etmək üçün yadellini köməyə çağırmışlar. Bütün bunlar ölkənin yadelli tapdağı altına düşməsinə şərait yaratmışdır. Biz bu hadisələrdən nəticə çıxarmamış, bu naqisliklər XVIII, XIX və hətta XX əsrlərdə də baş vermişdir.
Dünyada 3 min millət, 10 min etnik qrup, yalnız 200 dövlət var. 3 min illik dövlətçilik tariximizdə (ilk dövlət qurumlarımızın –“ Lullubi, Kuti, Arattanın tarixi 6 min il əvvələ gedib çıxır) dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən, Bakıda 2001-ci il noyabrın 9-10 tarixində onların Birinci Qurultayını keçirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Qüdrətli Azərbaycan gedən yol dünya azərbaycanlılarının birliyindən –“ həmrəyliyindən keçir”.
İndi dünyada yaşayan azərbaycanlıların sayı 60 milyondan artıqdır. Və hamını dünyada Azərbaycan millətinin yeganə müstəqil dövləti Azərbaycan Respublikası və bu respublikanın dövlət başçısı vətənpərvər prezidentimiz, ali baş komandanımız İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Г‡ünki belə olanda möhtəşəm Azərbaycana heç bir dövlətin gücü çata bilməz. Biz bunun təsdiqini 2016-cı ilin aprel döyüşlərində, bu yaxınlarda Naxçıvan bölgəsində Günnüt kəndinin, 11 min hektar ərazinin azad edilməsində, bu ərazilərə qələbə bayrağımızın sancılmasında görürük.
1801-1917-ci illərdə rus imperiyasının Г‡ar-imperator dövründə ilhaq və işğal edilən Azərbaycan torpaqları aşağıdakılardır:
1801-ci il 12 sentyabr tarixində imperator I Aleksandrın (1801-1825) fərmanı ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi. Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Borçalı, Qazax, Şəmşəddil, Pəmbək torpaqları Rusiyaya ilhaq edildi. Beləcə, Azərbaycan torpaqlarının birinci dəfə parçalanması baş verdi.
Şərqi Gürcüstanı ilhaq edərək orada möhkəmləndikdən sonra Rusiya faktiki olaraq Azərbaycanla müharibə vəziyyətində idi. 1803-cü il mart-aprel aylarında Azərbaycanın şimal qərbində Car-Balakən camaatlığının, 1804-cü ilin yanvarında Gəncə xanlığının işğal edilməsi deyilənləri təsdiq edir. Balakənin, Gəncənin işğalı torpaqlarımızın ikinci parçalanması oldu.
1804-1813-cü illər 9 illik Birinci Rusiya-İran müharibəsi gedişində 1805-ci il Kürəkçay müqavilələri ilə Qarabağ, Şəki və həmin ilin dekabrında Şamaxı xanlıqları Rusiya tərəfindən işğal olundu. Kürəkçay müqavilələri torpaqlarımızın üçüncü dəfə parçalanması idi. 1806-cı ildə Dərbənd, Bakı və Quba xanlıqları ruslar tərəfindən işğal edildi. Hətta 1809-cu ildə Azərbaycan adı rəsmi sənədlərdən və xəritələrdən silindi. Ölkə əhalisi “tatar” adlandırıldı. Rus çarları, keçmiş sovet dövrü rəhəbrləri I Pyotrun vəsiyyətlərinə əməl etmiş, antitürk –“ antiazərbaycan siyasəti yürütmüşlər.
1813-cü il 12 oktyabr Gülüstan Müqaviləsi I Rusiya-İran (qacarlar) müharibəsində Rusiya imperiyasının qələbəsini rəsmən təsdiq etdi. Ümumdünya tarixində ilk zorakı, antihumanist, ədalətsiz sazişlərdən biri olan bu müqavilə ilə Azərbaycan torpaqları iki yerə bölündü. Araz çayı qan qardaşları arasında sərhədə çevrildi. 130 min kvadrat kilometr. Şimali Azərbaycan Rusiyaya, 120 min kvadrat kilometr Cənubi Azərbaycan İrana birləşdirildi. Bu, həm də Azərbaycan torpaqlarının 4-cü parçalanması oldu. 1828-ci il 10 fevral Türkmənçay sülhü –“ Türkmənçay “dağı” ilə İrəvan və Naxçıvan xanlıqları da ləğv olunaraq Rusiyaya birləşdirildi. Türkmənçay faciəsi torpaqlarımızın 5-ci dəfə parçalanması idi. Türkmənçay və Ədrinə (2 sentyabr 1829-cu il) müqavilələri ilə Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycana 130 min erməni ailəsi köçürüldü. Səfəvi dövründəki Г‡uxursəd bəylərbəyliyi ərazisində, İrəvan və Naxçıvan xanlıqları torpaqlarında “Erməni vilayəti” adlı qondarma region yaradıldı. Bu köçürülmə siyasətinin əsasında Г‡ar Rusiyasının Şərqin müsəlman ölkələrinə və ilk növbədə Osmanlı dövlətinə qarşı düşmənçiliyi dayanırdı. Г‡arizmin XIX əsrin 40-cı illərində keçirdiyi inzibati islahatlar nəticəsində sərhədlərimizin tarixi bütövlüyü pozuldu. O, müxtəlif quberniyaların tərkibinə qatılaraq parça-parça edildi. Ona görə də Azərbaycanda vahid millətin yaranması prosesi gecikdi. Bu xalqda milli birlik hisslərinin oyanmasına əngəl törətdi. 1840-cı ildə Axtı, Qonaqkənd, Dərbənd Dağıstan vilayətinə birləşdirildi. XIX əsrin 2-ci və 3-cü rüblərində Borçalını, Qarayazını itirdik.
29 may 1918-ci ildə İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsinə Azərbaycan Milli Şurası ermənilərin gələcəkdə sülh vədlərinə inanaraq razılıq verdi. 130 min kvadrat kilometr Şimali Azərbaycan ərazisinin 10 min kvadrat kilometrində, yəni Qərbi Azərbaycan torpaqlarında birinci dəfə erməni dövləti yarandı. Birinci Respublika –“ ADR-nın ərazisi 114 min kvadrat kilometr olmuşdur. (1918-1920-ci illərdə)
1917-1991-ci illər keçmiş sovet dönəmində ilhaq və işğal edilən Şimali Azərbaycan torpaqları aşağıdakılardır:
10 avqust 1920-ci ildə Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi. Sovet Rusiyası və Ermənistan respublikası arasında ədalətsiz, antiazərbaycan sazişi imzalandı.
1921-1922-ci illərdə Moskvanın ədalətsiz, vicdansız hökmü ilə əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət Borçalı mahalının mərkəzi hissəsi Gürcüstana verildi.
Sovet imperiyası dövründə birinci respublikanın ADR-ın 114 min kvadrat kilometr ərazisi 86,6 min kvadrat kilometrə qədər azaldıldı.
Naxçıvan ərazisi də Sovet dövründə ədalətsizliklərə məruz qaldı. Dövlət içində dövlət, respublika daxilində respublika Naxçıvan MR yaradıldı. Bunu sovetlər bilərəkdən etdi. Г‡ünki bu gələcəkdə separatizmə yol açan və unitar dövlətçiliyə təhlükə yaradan qaynaq olmalı idi. 9 yanvar 1924-cü ildə Azərbaycan MİK Naxçıvan MSSR yaradılması haqqında Dekret imzaladı. 1991-ci ilin dekabrında Azərbaycan Respublikası bu idarəetməni de-yure ləğv etdi. Naxçıvan MR yaradılarkən ərazisi 6 min kv.km.-ə yaxın idi. Lakin Moskvanın antiazərbaycan siyasətinin, məkrinin nəticəsində Naxçıvana məxsus bir çox ərazilər azalaraq 5,5 min kv.km.-ə endirildi. Bu azmış kimi 1929-1930-cu illərdə Ordubad və Zəngilanın bir sıra kəndləri hesabına yaradılan Mehri rayonu Ermənistan SSR-ə verildi. Nəticədə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salındı. Hazırda Azərbaycan respublikası onun ayrılmaz hissəsi olan qədim Naxçıvanla birbaşa quru sərhədinə malik deyildir. Yeri gəlmişkən bir tarixçi, tədqiqatçı kimi şəxsi qənaətimə görə keçmiş sovetlər dönəmindən qalma respublika daxilində respublika, dövlət daxilində dövlət konstitusiyamızdakı unitar dövlət prinsipi ideyasına ziddir və bu cür inzibati idarəetmənin saxlanılması məqbul deyildir. 1947-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-də) 150 min nəfər soydaşımız zorla çıxarıldı, insan hüquqları kobudcasına pozuldu. Departasiya olunanlar Şimali Azərbaycanın Saatlı, İmişli, Göyçay, Kürdəmir, Sabirabad kimi aran rayonlarında yerləşdirildi. Ermənistan SSR-də minlərlə Azərbaycan toponimi erməniləşdirildi. Oğuz eli itə-qurda, yadelliyə məskunlaşdırıldı.
Azərbaycanda isə ermənilərin sayı artırıldı. Beləliklə, Vladimir Ulyanov –“ Leninin rəhbərliyi ilə başlamış qanlı qırğınlar “qırmızı terrora” “uğurlu” uvertura oldu. Əziz azərbaycanlılar, mən bir şeydən qorxuram –“ yerlibazlıq azarından. Ailəsini, balasını dolandırmağa çalışan, son tikəsini qonşusu ilə, qonağı ilə bölməyə hazır olan, torpağını, namusunu hər şeydən uca tutan şirvanlı və naxçıvanlını, bakılını və qarabağlını, gəncəli və lənkəranlını nə ayıra bilər?! Axı bizim onsuzda ikiyə bölünmüş Azərbaycanımızda bölünməli nəyimiz var… Məgər Qarabağın dərdi bütün Azərbaycanın dərdi deyilmi?!
1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisi, Qubadlı rayonunun Г‡ayzəmi ərazisi, Qazax rayonunun Kəmərli kəndi ərazisinin bir hissəsi, Kəlbəcərin Zod qızıl yatağı ərazisinin bir hissəsi Moskvanın qərarı ilə Ermənistana verildi.
1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazisinin bir hissəsi də yenidən Ermənistana verildi. Kəlbəcər rayonunun Г‡inarlı kəndi XX əsrin 80-ci illərində Bakının acizliyi nəticəsində düşmənlərimizə nəsib oldu.
1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq ərazisi, o cümlədən Gədəbəy rayonundan 1000 hektarlarla torpaq sahəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Əhalinin narazılığı silah gücünə yatırıldı.
Sovet imperiyası can üstə olduğu son vaxtlarında və MDB-nin ilk dövrlərində (1988-1993-cü illərdə) Şimali Azərbaycan respublikasının rus-erməni təcavüzkarları tərəfindən zəbt edilən əraziləri aşağıdakılardır: Qazax rayonunun Bağanis Ayrım (1990, 20 avqust), Xeyrəmli (1992, 8 mart), Aşağı Əskipara (1992, 8 mart), Soyulu (1992, 27 aprel), Qızılhacılı (1992, 11 may), Yuxarı Əskipara (1992, 8 iyul) –“ kəndlərini işğal etdi. Rus irticası başımız üstdən asılan “damokl qılıncı”dır. Xilaskarımız qüdrət sahibi bu qılıncı başımız üstdən qoparıb atan şəxs olacaqdır.
1991-1992-ci illərdə “Qanlı Yanvar” faciəsi hələ unudulmamış MDB-nin –“ Rusiyanın silahlı dəstələri və ermənilər Xocavəndi, azərbaycanlılar yaşayan qədim Tuğ və Salatəkin kəndlərini, Haxullunu işğal edərək yandırdılar. 1991-1993-cü illərdə ruslar ermənilərin əli ilə Xankəndini, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, 1993-cü ilin oktyabrın axırında Zəngilanı işğal etdilər. 1994-cü ilin yanvarında prezident Heydər Əliyevə sığınan Azərbaycan ordusu Füzulinin 22 kəndini və Horadiz şəhərini geri qaytardı. Son günlər Naxçıvan istiqamətində təmas xəttində Ali Baş Komandanımız İlham Əliyevin, müdafə naziri Zakir Həsənovun prinsipiallığı, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Günnüt, Dərələyəzin Arpa kəndləri ermənilərdən təmizlənmişdir. Üçrəngli bayrağımızın işğal altında olan digər ərazilərimizdə də tezliklə dalğalanacağına xalqın inamı güclənmişdir.
İçimdə Azərbaycan ruhu var, mənim balacalığım onu sıxır. Duyuram və sevinirəm ki, bir gün o məni cırıb üzə çıxacaq.
Nə heyif və yazıqlar olsun ki, dünya türk-azərbaycan ruhuna, onun saflığına gülür, ələ salır. Dünya türk havasına oynamır. Г‡aqqalların çaldığı qatışıq havaya oynayır. Türk havası birsifətli kişilərin çaldığı havadır. Müasir dünya fürsətçilliyə, yalВ¬manmaya, pul həvəsinə səcdə qılır. Bu səbəbdəndir ki, dünya minsifətləşib. Dünyaya yalnız Azərbaycan –“ türk ruhu gərəkdir, onu mənəviyyatsızlıqdan qurtarmaq üçün. III respublikanın –“ Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyi şəhidlərimizin Vətən göylərində pərvaz edən nigaran ruhları, ata-babalarımızın məzarlarının uyuduqları yurd yerlərimizin yağı tapdağı altında inildəməsi, gələcək nəsillərimizin “olum və ya ölüm” dilemması qarşısında qalmağı, bu problemi bir müstəqil dövlət, xalq olaraq tezliklə həll etməyimizi zəruri edir. Vətənçilik –“ dövlətçilik –“ azərbaycançılıq ideyası ətrafında birləşməyimiz vacibdir:
Dəli Kürəm, Xan Arazam, Xəzərəm,
Qarış-qarış bu torpağı gəzərəm,
Vətən, səni gül-çiçəklə bəzərəm,
Birləşməsən solasıyam, solası.

Baba dağım, ziyarətə gəlmişəm,
Cəmi xalqı əmanətə gəlmişəm.
Aşıq Yanvar, mən heyrətə gəlmişəm,
“Ruhani”ndə yanasıyam, yanası.

Sən günəşsən, dayanmışam O da, mən
Mayam oddur, yad deyiləm oda mən.
Vaqifoğlu –“ süd yerinə od əmən…
Azərbaycan balasıyam, balası.
Vüqar Vaqifoğlu (Hüseynov)
İsmayıllı rayon S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin tarix müəllimi, şair-publisist, “Qızıl qələm” mükafatı laureatı.

Şərh Yaz