Ümummilli lider ehtiramla anılıb

Cari ilin may ayının 10-da Azərbaycanın görkəmli dövlət və siyasi xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam oldu. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli, tarixi günlərindən biri kimi qeyd olundu. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Ümummilli liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.Ümummilli lider ehtiramla anılıb                               İsmayıllı rayonunun Qalacıq, İvanovka kəndlərində və Basqal, Lahıc qəsəbələrində Ümummilli liderin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. İcra nümayəndəliyinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq nümayəndəlikdə, təhsil və mədəniyyət müəssisələrində kitab sərgiləri təşkil olunub, dəyirmi masalar keçirilib. Heydər Əliyevə həsr olunmuş şeirlərin ən yaxşı ifaçıları müəyyən edilib.
E.Manafov

Şərh Yaz