Xalq daha yüksək uğurlar qazanılacağına əmindir

İsmayıllı rayonunun Maliyyə İdarəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə tədbir keçirilib.Xalq daha yüksək uğurlar qazanılacağına əmindir                    İdarənin rəisi Radim Müslümov çıxış edərək, 10 may 2018-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyaya göz açdığından, onun həyatı, fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında və qəlbində qurucu, xilaskar dövlət xadimi, milli lider və xalq sevgisini qazanmış öndər kimi yer tutub . Xalqımızın tarixi fəlsəfəsi, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətləri olan ikinci dövlət adamı olmayıb. Bu mənada, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvən yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən biri idi. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn Ulu öndərimiz müstəqil dövlətimizin ən mürəkkəb, ən ağır günlərində xilaskar, qurucu missiyasını öz üzərinə götürdü…
Bu gün Azərbaycan deyəndə millətimizin lideri Heydər Əliyev, Heydər Əliyev deyiləndə deyəndə Azərbaycan başa düşülür.
Verilən ətraflı məlumatdan sonra çıxış edənlər Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, yetişən nəsli bu ruhda tərbiyə etməyə borclu olduqlarını ifadə ediblər. Tədbirdə qeyd olunub ki, bu gün ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşmək Ulu öndərin ruhuna ən böyük ehtiramdır. Г‡ünki o, dünyasını dəyişəndə yarıda qalan işlərinin məhz İlham Əliyev tərəfindən uğurla həyata keçiriləcəyinə inandığını deyib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz