Bəşəri ideyaların layiqli davamı

May ayının 3-də İsmayıllı Poçtamptında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə əlaqədar tədbir keçirilib. Bəşəri ideyaların layiqli davamı                           Tədbiri giriş sözü ilə filialın rəisi Söhbət Pənahov açıb və dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı Heydər Əliyevin zəngin həyat fəaliyyəti, Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu, dövlətimizin dünya səviyyəsində tanınmasında göstərdiyi böyük xidmətlər haqqında ətraflı məlumat verib.
Tədbirdə filialın işçilərindən Günay Osmanova, Timzarə Həsənova, Qəmər Abulova və başqaları çıxış edərək möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasət yeritməsini Ulu öndərin bəşəri ideyalarının layiqli davamı kimi dəyərləndiriblər.
Səxavət Zülfiyev,
filialın əməkdaşı

Şərh Yaz