Xatirə günü

10 may Azərbaycan xalqı üçün əziz tutulan tarixi günlərdən biridir. 95 il əvvəl, həmin gün ümummilli lider kimi sevdiyimiz Heydər Əliyev dünyaya gəlib. Keçdiyi ömür yolu Azərbaycan tarixinin şanlı səhifələrinə çevrilən bu dahi insan cismən aramızda yoxdur. Amma onun əməlləri, ideyaları bizimlədir. Bizləri sabaha, daha uğurlu gələcəyə səsləyir. Xatirə günü                                                       Bu fikirlər ümummilli liderimizin doğum gününün 95 illiyinin qeyd olubduğu vaxtda, İsmayıllı Rayon Məşğulluq Mərkəzində keçirilən tədbirdə səslənib.
Tədbiri giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Mərkəzin aparıcı məsləhətçisi Qədir Əbdüləzizov, məsləhətçi Arif Xəncanlı çıxış edərək Heydər Əliyevin ümummilli lider kimi müstəqil Azərbaycanın çiçəklənməsi naminə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.
İlham Babayev,
mərkəzin məsləhətçisi

Şərh Yaz