Heydər Əliyevin xalq qarşısında xidmətləri böyükdür

İsmayıllı Rayon Statistika İdarəsində Ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə idarənin rəisi Əziz Əzizov açıb. O, çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Heydər Əliyevin xalq qarşısında xidmətləri böyükdür            Bildirib ki, əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əziz, nə qədər doğmadırsa, bir o qədər də məsuliyyətlidir. Г‡ünki, Azərbaycanda elə bir iş sahəsi yoxdur ki, orada bu dahi şəxsiyyətin misilsiz xidmətləri olmasın, çox hallarda O, bu işlərin qurucusu və yaradıcısıdır. Eyni zamanda, Ulu öndərlə bağlı ən kiçik məsələ belə böyük, əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizə və gələcək nəsillərə zəngin bir xəzinədir, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir.
Tədbirdə idarənin rəis müavini Daşdəmir Məmmədov, baş məsləhətçisi Simran Aydınov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlər haqqında dəyərli fikirlər söyləyiblər.
Səfayə Manafova,
idarənin aparıcı məsləhətçisi

Şərh Yaz