Qalacıq, İstisu və Sumağallı kəndlərində görüş-qəbul

Tez-tez Qalacıq zonasına gedib, sakinlərin qayğıları ilə maraqlanan İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov yenidən ərazidə olub və görüş-qəbullar keçirib.Qalacıq, İstisu və Sumağallı kəndlərində görüş-qəbul           Mirdaməd Sadıqov giriş nitqində qalacıqlıların dövlət mövqeli fəaliyyətini təqdir edən, onların ictimai fəaliyyətlərinin səmərə verdiyini, kənddə normal və təminatlı həyat şəraitinin təmin olunmasında hər kəsin düşüncəli iştirakından razılıq ifadə edən nitq söyləyib. Dünyada, Şərqdə, qonşu ölkələrdə, əsas da ölkəmizdə gedən siyasi proseslər barədə iştirakçıları məlumatlandırıb. Sonra isə təklifi, sözü, arzusu və ya şikayəti olan hər kəsi dinləyib. Hər bir məsələ xahiş mövqeyindən diqqətə çatdırılıb.
Qalacığa qaz çəkilməsi, kəndarası yolların düzəldilməsinə yardımçı olmaq, aptek açılması üçün münasib otaq ayrılması, Qalacıq İƏD-ə daxil olan, son illər Г‡əmənli adlandırılan kənddə məktəb tikintisi (Buradakı uşaqlar Qəbələnin qonşu Məmmədağalı kənd məktəbinə gedirlər), buraya dayanıqlı elektrik enerjisi verilməsi, uzunluğu 4 kilometr olan Qalacığın yuxarı hissəsində ibtidai məktəb açmaq xahiş olunub. Г‡əmənli sakini İntiqam Musayev bu günlərdə selin kəndə vurduğu ziyanın aradan qaldırılması üçün görülən operativ tədbirlərə görə rayon rəhbərliyinə sakinlərin razılığını çatdırıb.
Həmin gün RİH-nin başçısı M.Sadıqov İstisu və Sumağallı kənd sakinləri ilə də görüşüb. Səmimi görüş zamanı görülmüş işlərə görə razılıq ifadə olunmaqla yanaşı, yaşayış şəraitini yaxşılaşdıra biləcək məsələlər də müzakirə olunub.
Mehman Zeynalov

Şərh Yaz