İsmayıllıda iqtisadiyyatda işləyənlər və əmək haqları

2018-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 9,7 min nəfər olmuş, onlardan 6,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.İsmayıllıda iqtisadiyyatda işləyənlər və əmək haqları    Muzdla işləyənlərin 30,2 faizi təhsil, 25,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,0 faizi sənaye, 7,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,3 faizi tikinti, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 8,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 7,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 279,0 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti sektorunda 879,0 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 540,1 manat, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat sektorunda 345,4 manat, tikintidə 333,3 manat, təhsildə 329,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sektorunda 181,7 manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda isə 107,4 manat orta aylıq əmək haqqı qeydə alınmışdır.
Daşdəmir Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini

Şərh Yaz