Uğurlarımıza siz də sevinin

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinə İsmayıllı rayonunun məktəbliləri də qatılıblar. Uğurlarımıza siz də sevinin    Yüksək istedadları ilə rayon təhsilinin öncüllərindən olan Orlova Anna Viktorovna və İlknur Murad Г‡ingiz də iştirak edib. 4 may 2018-ci il tarixdə Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində təntənəli mükafatlandırma mərasimində qalib qismində İvanovka kənd tam orta məktəbinin şagirdinə ikinci, 3 nömrəli məktəb-liseyin şagirdinə üçüncü yerin Fəxri fərmanı və hədiyyələr təqdim edilib.
Qaliblərimizi, onların fənn müəllimlərini, eləcə də təhsil aldıqları məktəbin müəllim və şagird heyətini təbrik edirik!
İsmayıllı təhsilinin ulduzları var olsun!
F.Əhmədzadə

Şərh Yaz