Düzgün seçim uğurlu gələcəkdir

1969-cu ildən Azərbaycanın payına böyük bir sıçrayış düşdü. Bu gün ümummilli lider kimi sevdiyimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gətirilməsi Vətənimizin siyasi, iqtisadi, mədəni həyatında mühüm dönüş yaratdı.Düzgün seçim uğurlu gələcəkdir             1993-cü ildə Azərbaycan xalqının təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi azərbaycançılığı, dövlət və dövlətçiliyi, dili və dilçiliyi, mədəniyyəti, elmi, bir sözlə, Azərbaycanı özünə qaytardı.
Böyük tarixi şəxsiyyətin layiqli davamçısı, dünya siyasəti aləmində xüsusi çəkisi olan cənab Prezidentimiz İlham Əliyev və onun bütün sahələrdə uğurlu siyasəti Azərbaycanı qüdrətli dövlətə, güclü orduya malik, regionun ən inkişaf etmiş ölkəsinə çevirdi. Aparılmış uğurlu kadr siyasəti cənab Prezidentin şəxsiyyətinə olan inamı gündən-günə artırır.
Biz, İsmayıllı rayon sakinləri Prezidentin nəticələri aydın görünən uğurlu siyasətini görür, bəyənir və qürur hissi keçiririk. Cənab Prezident tərəfindən Əməkdar elm xadimi Mirdaməd Mirsadıq oğlu Sadıqovun İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin olunması ölkə rəhbərinin xalqa olan rəğbətini bir daha göstərdi. Böyük iqtisadçı alimin rayon rəhbərliyinə gətirilməsi sözün həqiqi mənasında İsmayıllını Azərbaycanın mirvarisinə çevirdi.
Başçının vəzifəyə təyin olunduğu gündən, yorulmaq bilmədən, işini kabinetdə deyil, yaşayış məntəqələrində vətəndaşlar arasında keçirməsi qədirbilən ismayıllıları bir daha cənab Prezidentin ətrafında sıx birləşməyə sövq edir.
Mirdaməd müəllimin rayon rəhbəri kimi mədəni quruculuq sahəsində uğurlu addımlar –“ İsmayıllıda kollecin, çoxsaylı istehsal müəssisələrinin açılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, böyük abadlıq və quruculuq işlərinin aparılması bizi hədsiz sevindirir. Uğurları saymaqla qurtarmaz. Fəxrlə qeyd etməliyəm ki, M.Sadıqovun ən uğurlu addımlarından biri də rayonda keçirilməsi ənənə halını almış “Təhsil bayramı”dır. Bu bayram ziyalılarımızın zəhmətinə verilən dəyər olmaqla, gənclərimizin təhsilə, elmə marağını yüksəltdi, ziyalılarımızı sevindirdi.
Olimpiada qaliblərinə, imtahanlarda yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələrin verilməsi gənclərin tərəqqiyə, savadlanmağa meylini bir daha artırır.
Əmək haqlarının, təqaüdlərin vaxtlı-vaxtında verilməsinə rəhbərliklə yanaşı, atalıq qayğısına görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Mübaliğəsiz qeyd edə bilərəm ki, Mirdaməd müəllim başçı təyin olunandan sonra İsmayıllı içində yeni bir İsmayıllı yaradıb. Təkcə rayon mərkəzinin deyil, qəsəbə və kəndlərin də infrastruktur yeniliklərinə, sosial problemlərin həllinə daim diqqət yetirir.
Mirdaməd müəllim cənab Prezidentin: “Mən xalqın xidmətçisiyəm” müdrik kəlamını gündəlik işində reallaşdırır.
Azərbaycan xalqı aprel ayının 11-də cənab Prezident İlham Əliyevə olan sevgisini bir daha izhar etməyə imkan tapdı. Keçirilən Prezident seçkiləri göstərdi ki, qədirbilən xalqımız ona göstərilən diqqət və qayğıya dəyər verməyi bacarır. Düzgün seçim uğurlu gələcəkdir. Bu münasibətlə Azərbaycan xalqını və möhtərəm Prezidentimizi ürəkdən alqışlayırıq.
Əminik ki, cənab İlham Əliyevin bu gün dediyi fikirlər yaxın gələcəkdə əsl həyat həqiqəti olacaq: “Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək”.
Məzahir Tapulov,
Qabaqcıl təhsil işçisi, Diyallı kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz