Yubiley ilində əzmlə çalışacaqlarını vəd ediblər

Ulu öndər Heydər Əliyevin 1997-ci ilin mart ayının 23-də imzaladığı Sərəncama əsasən, hər il mart ayının 28-i Azərbaycan Respublikasında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Yubiley ilində əzmlə çalışacaqlarını vəd ediblər      Bu münasibətlə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı Rayon Şöbəsinin əməkdaşları rayon İcra Hakimiyyəti rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ziyarət olunması tədbirində iştirak edib, Təhlükəsizlik orqanlarının keçdiyi yoldan, ümummilli lider Heydər Əliyevin bu sahədəki ölçüyəgəlməz xidmətlərindən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bugünkü fəaliyyətinin ölkə rəhbərinin diqqəti və qayğısı sayəsində yüksək səviyyədə olduğundan, hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyündən ətraflı danışıb. Bugünkü güclü Azərbaycanın təməlinin məhz Ulu öndərin dövlət təhlükəsizlik orqanlarına, davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib.
M.Sadıqov Təhlükəsizlik Xidməti işçilərini rayonun ictimaiyyəti adından təbrik edib.
Tədbirdə iştirak edən rayon prokuroru Ülvi Abbasov, rayon məhkəməsinin hakimi Rəfayel Şirinov, Rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev və Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidməti İsmayıllı rayon bölməsinin rəisi İlkin Cəfərov DTX rayon şöbəsinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik ediblər. Onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıblar.
DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev rayon rəhbərliyinə, ünvanlarına təbrik deyənlərə təşəkkürünü bildirib. O, DTX-nın qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin çox olduğunu vurğulayıb. Ölkəmizin sabitliyinin və təhlükəsizliyinin etibarlı təminatı, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq-mühafizə orqanları ilə mövcud sıx və işgüzar əməkdaşlıq əlaqələrinin qarşıda duran vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.
Tədbir şöbənin akt zalında davam edib. DTX-nın İsmayıllı rayon bölməsinin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilində daha əzmlə çalışacaqlarını vəd ediblər.
Ş.Soltanov

Şərh Yaz