İlham Əliyev ismayıllıların alternativsiz namizədi oldu

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı rayonunun Topçu və Qalınçaq kəndlərində seçicilərlə görüşlər də yaddaqalan oldu.İlham Əliyev ismayıllıların alternativsiz namizədi oldu
İlham Əliyev ismayıllıların alternativsiz namizədi oldu
İlham Əliyev ismayıllıların alternativsiz namizədi oldu
İlham Əliyev ismayıllıların alternativsiz namizədi oldu                  Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova Azərbaycanın 2003-cü ildən öz tarixinin yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 15 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün mühüm addımlar atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 15 ildə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub.
Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək son 15 il ərzində Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən söz açıblar. Qeyd ediblər ki, qazanılan uğurlar Heydər Əliyev siyasi və iqtisadi kursunun davamçısı İlham Əliyevin 2003-cü ildən başlayaraq apardığı düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Seçicilərdən Topçu kənd sakinləri Fəzail Şirəliyev, Xavər Allahverdiyeva, Həsən Məmmədov, Rəşid Məmmədov, Sabir İsayev, Qalınçaq kənd sakinləri Xətai Əzizov, Xalid Seyidov, Qədim Mirzəliyev, Əsmər Abdullayeva çıxış edərək vurğulayıblar ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanı olmaqla nəinki ölkədə, eyni zamanda, regionda aparıcı rola malikdir. Azərbaycanın inkişafı və müxtəlif istiqamətlər üzrə aparılan dövlət siyasəti çoxşaxəli, davamlı və milli maraqlara söykənir. Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan cənab İlham Əliyev ismayıllıların alternativsiz namizədi olub.

Şərh Yaz