Qadınlar seçki təbliğatında fəallıq göstərdilər

Prezidentliyə namizədlərin təbliğatı aparılan ərəfədə İsmayıllının fəal qadınlarından bir qrupunun yığıncağı keçirildi. Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirdi ki, 2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.  Qadınlar seçki təbliğatında fəallıq göstərdilər
 Qadınlar seçki təbliğatında fəallıq göstərdilər                   Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.
Natiq respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirildiyindən, qadınların cəmiyyətdəki roluna verdiyi önəmdən danışmış, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.
Г‡ıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov bildirmişdir ki, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirmişdir.
Tədbirdə çıxış edən Xuraman Qurbanova, Lətifə Əliyeva, Ruhiyyə Süleymanova, Elnarə Aslanlı, Simuzər Salmanlı və başqaları respublikamızın müasir tarixində yeni inkişaf mərhələsinin əsasını qoyan ölkəmizin dinamik inkişaf yolunda inamla irəliləməsinə xidmət edən 2003-cü ilin Prezident seçkilərindən 15 ilə yaxın vaxt keçir. Uğurlarla zəngin olan bu qısa müddətdə ölkəmiz regionda və dünyada söz sahibinə, aparıcı dövlətə çevrilməklə yanaşı, həm də iqtisadi inkişaf sürətinə görə bütün ölkələri üstələyərək birinci yerə yüksəlmişdir.
İsmayıllı rayon qadınları da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyib və alternativsiz liderinə sevgisini, hörmətini seçki məntəqələrində fəallıqları ilə isbat ediblər.

Şərh Yaz