Tələbələr yürüşdə iştirak etdilər

Tələbələr yürüşdə iştirak etdilər               26 fevral 2018-ci il tarixdə Azərbaycan vətəndaşları, eləcə də dünyanın sülhsevər xalqları Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirib.
İsmayıllı rayonunun ictimaiyyəti rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov başda olmaqla Qarabağ şəhidlərinin, eləcə də erməni qəsbkarlığının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə yürüş keçirilib.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər, həmçinin ümumtəhsil məktəblərinin şagirdləri, rayon sakinləri ilə bərabər İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tələbələri də yürüşdə iştirak ediblər.
Günün ikinci yarısında İsmayıllı Rayon Mədəniyyət mərkəzinin xalq teatrının hazırladığı “Balaca Şeytan” adlı tamaşa nümayiş etdirilib. Tamaşanın nümayişində erməni vandallarına nifrət hissi aşılayan parçalarda rollarını məharətlə göstərə bilən Kollec tələbələrindən Əlirza Hüseynov və Elmir Həmzəyevin də adlarını qeyd etmək olar.
Tamaşanın məzmunu və ruhu bir daha göstərib ki, biz şəhidlərimizi heç zaman unutmayacaq, Xocalı soyqırımını bütün dünyaya tanıdacaq və işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyik.
Ə. Hüseynov

Şərh Yaz