Dövlət proqramı yerlərdə uğurla icra edilir

Dövlət proqramı yerlərdə uğurla icra edilir                    Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Azərbaycanımızın uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.
Respublikamızda son illər bütün sahələrdə olduğu kimi təhsildə də geniş quruculuq işləri görülür, mütərəqqi islahatlar aparılır. Ölkəmizin bütün regionlarında yeni məktəblər, tibb məntəqələri, inzibati binalar, mədəniyyət və turizm obyektləri inşa edilir, müəssisələrimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan İsmayıllı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. Artan templə davam edən bu yenidənqurma işləri şəhərlə yanaşı, kəndlərdə də davam etdirilir. Şəhər mərkəzindən tutmuş, ən ucqar yaşayış məntəqəsinə kimi hər yerdə bir yenilik hiss olunur. Dövlət Proqramına uyğun olaraq rayon İcra Hakimiyyəti aparatı və bələdiyyələrin rəhbərliyi ilə ehtiyac olan yerlərdə təmir-tikinti işləri aparılır, rayon ərazisi abadlaşdırılır.
Dövlət proqramı yerlərdə uğurla icra edilir                    Görülən işlərin bir hissəsi olaraq rayonun Zərnava bələdiyyəsi hüdudlarında olan kəndlərdə də vaxtaşırı abadlıq işləri aparılmaqdadır. Zərnava bələdiyyəsinin sədri Afaq Məhərrəmova ərazidəki sosial məsələlərin müsbət həlli üçün vəzifəsinə məsuliyyətlə yanaşır. Bələdiyyə fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qəsəbənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın İsmayıllı rayonunda həyata keçirilməsi istiqamətində görülmüş işlərdə Zərnava bələdiyyəsi də səlahiyyət və imkanları daxilində iştirak etmiş, xeyriyyə tədbirləri ilə yanaşı bir sıra quruculuq, təmir-tikinti, abadlıq və təmizlik işləri görmüş, bayram və əlamətdar günlərdə əhalinin aztəminatlı təbəqələri və qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirmiş, müxtəlif köməkliklər göstərmişdir.
A. Məhərrəmova uğurlu vergi siyasəti ilə formalaşdırdığı təkmil bələdiyyə büdcəsi sayəsində ərazidə bir-birinin ardınca zəruri abadlıq və quruculuq işləri aparılmaqdadır. Zərnava və Aşağı Zərnava kəndlərindəki məktəb, inzibati binaları təmir olunaraq lazımı avadanlıqlarla təmin edilib. Tibb məntəqəsi tikilib istifadəyə verilib. Bələdiyyə ərazisindəki Sərdahar kənd ümumi orta məktəbinin təmirə ehtiyacı olan sinif otaqlarının döşəməsi əsaslı təmir olunub. Kənd yollarının təmiri, abadlıq və yaşıllaşdırma sahəsində işlər davam etdirilib. Zərnava kəndində əhalinin içməli suya olan ehtiyacını ödəmək məqsədi ilə kənddə bulaqlar quraşdırılıb. Əhalinin içməli suya olan tələbatı lazımi səviyyəyə çatdırılıb. Bütün bunlar göstərir ki, dövlətin qarşıya qoyduğu məqsədlər ən ucqar kəndlərdə belə uğurla icra edilir.
Hazırda rayonda aparılan genişmiqyaslı quruculuq işləri diqqət çəkməkdədir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət göstərməkdir. Əldə olunmuş nailiyyətlər göstərir ki, yaxşı yaşamaq üçün yaxşı işləməyi əsas götürənlər məqsədə daha tez çatır. Qazanılan uğur digər uğura çatmaq üçün imkan yaradır.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz