Daha yüksək uğurlara imza atılacaq

Daha yüksək uğurlara imza atılacaq                 15 fevral 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Pedaqoji Şuranın növbəti iclası keçrilib. İclası Kollecin direktoru, dosent Kəmalə Süleymanlı açıb. Günün vacib məsələləri barədə danışaraq, yaz semestrinin başlanması münasibəti ilə müəllim və tələbə heyətinə müvəffəqiyyətlər arzulayıb. O, 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişindən söz açıb. Bildirib ki, qış imtahan sessiyası ötən ilin son üç günü ərzində keçirilib. İmtahanların normal, mənəvi və psixoloji şəraitdə, obyektiv şəkildə keçirilməsi üçün ciddi hazırlıq işləri və bütün təşkilati məsələlər vaxtında həll olunduğundan imtahan sessiyası şəffaf və obyektiv halda keçib.
Tələbələrin apellyasiya ilə bağlı müraciətlərinə vaxtında baxılıb, özləri və valideynləri tərəfindən heç bir şikayət olmayıb.
Daha sonra əyani şöbə müdiri Ziya Məmmədov imtahanların nəticələri barədə danışıb. O qeyd edib ki, 2017-2018-ci tədris ilinin 1-ci semestr sessiyası 435 tələbənin iştirakı ilə başlanıb, onlardan 391 nəfəri imtahanlara buraxılıb. 44 nəfəri isə müxtəlif səbəblərdən imtahanlara buraxılmayıb. 282 nəfər tələbə imtahanları müvəffəqiyyətlə başa vurub. Tələbələrdən 20 nəfəri əlaçı, 71 nəfəri isə zərbəçi adını qazanıb.
İxtisaslar üzrə müvəffəqiyyət göstəricisi daha yüksək olan müalicə işi, mühasibat uçotu, taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası, turizm və onun təşkili, aqrar (fermer) təsərrüfatının təşkili qrupları olub.
İmtahan sessiyası dövründə apellyasiya komissiyasına 87 müraciət daxil olub. Həmin müraciətlərin 64-ü müsbət həll edilib, 23 müraciətdə isə tələbələrin aldıqları qiymət qüvvədə qalıb. Mövcud vəziyyət barədə açıqlamalardan sonra K.Süleymanlı 2017-2018-ci tədris ilinin yaz semestri ərzində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonda direktor Kollecin kollektivi adından 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçikilərində Yeni Azərbaycan Partiyasını sədri, Heydər Əliyev yolunun layiqli davamçısı, dünya şöhrətli siyasətçi İlham Əliyevin prezident seçkilərində namizədliyinə səs verəcəklərini bildirib.
Digər çıxış edənlər də bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük naliyyətlərə imza atacaq, xalq daha firəvan yaşayacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır.
Şəlalə Abışova

Şərh Yaz