Yaddas kitabcasi

Sağlam qidalanma vacibdir

Sağlam qidalanma vacibdirFevral ayının 16-da 5 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam qidalanma” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açıb. O, hər zaman sağlam qidalanmanın vacibliyini qeyd edib. Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin həkimi Lətafət Dadaşovanın mövzunu tam şəkildə əhatə edən məruzəsi dinlənilib və təqdimatı izlənilib.
Sağlam qidalanma vacibdirГ‡ıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov bu qəbildən olan tədbirlərin məktəb yaşlı uşaqlar üçün əhəmiyyətindən danışıb və tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra tədbirdə iştirak edən “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu, müəllim və valideynlər də tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib, davamlı olmasını arzulayıblar. Tədbirdə iştirakçılara maarifləndirici bukletlər paylanıb. Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.
E.Babayev

Şərh Yaz