Г‡ərşənbənin son axşamı

Г‡ərşənbənin son axşamı Müxtəlif yazılı mənbələrdən məlumdur ki, bahar bayramı hələ eramızdan əvvəl ulu babalarımızın ən sevimli xalq bayramlarından biri olmuşdur. Əksər dünya xalqları kimi, xalqımızın düşüncə tərzinə, dünya baxışına, təbiət hadisələrinə görə bir sıra orijinal folklor nümunələri yaranmışdır. Bu nümunələrin əksəriyyəti yazılı və şifahi ədəbiyyatımız vasitəsi ilə indiki dövrümüzə qədər gəlib çatmışdır.Yaşlıların çoxu bunları bilməmiş deyillər. Bu gün sözümüz gənclərədir. Eşidib bildiklərimizi, öyrəndiklərimizi onlara yetiririk.
Mövsüm nəğmələrindən biri “Səməni”dir. Novruz bayramına 10-15 gün qalmış qız-gəlinlər arpa və ya buğdanı nimçələrə sərib üstünə su töküb göyərdər, günəşə sarı can atan yaşıllığın belinə qırmızı lent bağlayıb bayram süfrəsinə qoyar, ətrafına şam düzərlər. Sonra isə:
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səndən mən can istərəm,
Damara qan istərəm.
Millətimin loğmanı,
Yamanların amanı.
Səməni, ay səməni.
Göyərdərəm mən səni – deyə onu şən mahnılarla oxşayarmışlar. Novruz bayramı günü kənd əhli böyük bir düzənliyə yığışar, hər kəs orda bir igidlik nümayiş etdirərmiş…
Novruzun səhəri günü gün çıxar-çıxmaz hərə bir qab su götürüb bayıra çıxar, kimliyindən asılı olmayaraq qarşısına ilk çıxan adamı həmin su ilə isladarmış. İslanan adam inciməz, pərt olmazmış. Г‡ünki bayramın səhəri bulaqdan gətirilən su təzə sayılarmış. Bu oyun təxminən bir saat davam edərmiş.
Г‡ərşənbə gecəsi qızlar axar su üstünə yumurta qoyar, qapı pusar, su dolu kasada iynə üzdürərdilər. Şair Şamil Əsgərovun təbirincə desək:
İki iynə taxılardı kağıza,
Ad olardı bir oğlana, bir qıza.
Qoyulardı su üstündə üz-üzə,
Yaxınlaşıb qovuşanda iynələr,
Kaş biləydin nə düşünür qız, nələr…

Gərək yerə iri palaz sərəydik,
Ustadına yaxşı fikir verəydik.
Sonra kilim arasına girəydik,
Xain arvad kişisini satardı,
Axırda öz cəzasına çatardı.
Bəziləri də bir yerə yığışıb bayram aşı yeyər, adamları yamsılayardılar. Qızlardan biri əyninə kişi paltarı geyib, qəşəng qızlardan birini sevdiyini bildirər, ona yaxınlıq etməyə can atardı. Məclisdəkilər damdan asılan yellənçəkdə yellənər, səhərə kimi oyaq qalar, mövsüm nəğmələri oxuyardılar. Bu da “çillə çıxarma” adlanardı. Cavan, yeniyetmə oğlanlar isə həmin gecə evlərin qapı-bacasından papaq, torba atıb bayram payı yığardılar.
Şairlərimizin bu əziz el bayramına həsr etdikləri şeirlər öz ürəyəyatımlığı, şirinliyi ilə daha çox fərqlənir və diqqəti cəlb edir. Bayram mənzərələrini nəzmə çəkən şairlərimizdən biri də Qasım Qasımzadədir:
Günəş baxır təbəssümlə,
Duman dönür qızıl tülə…
Buzlu şırlan gəlib dilə:
Novruz çatıb yaz vaxtıdır,
Г‡ərşənbənin son axşamı,
Qoşa yanır tale şamı…
İstəyinə çatsın hamı,
Hər qismətin öz vaxtı var.
Küsmüsənsə, barış bu gün,
El-obaya qarış bu gün.
Gözaltınla danış bu gün,
Aç qəlbini, söz vaxtıdır.
Yazın adı dodağında,
Səmənisi otağında,
Mənim ana torpağımda
Büsat vaxtı, saz vaxtıdır.
Nizami Nadirov,
Soltankənd kəndi

Şərh Yaz