Təhlükəsiz və möhkəm icmalar qurulmalıdır

Təhlükəsiz və möhkəm icmalar qurulmalıdır“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində 2018-ci ilin fevral ayının 21-də İsmayıllı rayonunun Kürdmaşı kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiyə Planına uyğun olaraq, İsmayıllı rayon İcra Hakimiyyətin və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə birgə təxliyyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilib.
Tədbirdə AzQAC-ın rəhbərliyi, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru, AzQAC Sumgayit Regional Mərkəzinin kordinatoru və onun rəhbərlik etdiyi mobil könüllü dəstə, İsmayıllı Rayonun İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Təhlükəsiz və möhkəm icmalar qurulmalıdır“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində 2018-ci ilin fevral ayının 21-də İsmayıllı rayonunun Kürdmaşı kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiyə Planına uyğun olaraq, İsmayıllı rayon İcra Hakimiyyətin və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə birgə təxliyyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilib.
Təhlükəsiz və möhkəm icmalar qurulmalıdırTədbirdə AzQAC-ın rəhbərliyi, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru, AzQAC Sumgayit Regional Mərkəzinin kordinatoru və onun rəhbərlik etdiyi mobil könüllü dəstə, İsmayıllı Rayonun İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə kordinatoru Elşən Səlimzadə iştirakçıları AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanovun, Cəmiyyətin çoxsaylı üzvləri, könüllüləri və kollektivi adından salamlayıb. Г‡ıxışında keçirilən təlimin önəmindən bəhs edib. Şagirdlərin fövqəladə hallar zamanı təhlükəsiz şəkildə təxliyyə edilməsinin vacibliyindən danışıb.
Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilib. “Xəsarət alan” şagirdlərə ilk yardım, psixoloji dəstək göstərilib. Binanı tərk edə bilməyən şagirdlər isə FHN-nin əməkdaşları tərəfindən xilas ediliblər.
Təlimin sonunda ibtidai sinif şagirdlərinə hədiyyələr verilib. Tədbirdə iştirak edən yuxarı sinif şagirdlərinə fərqləndiklərinə görə təşəkkürnamələr təqdim olunub.
Təhlükəsiz və möhkəm icmalar qurulmalıdırAnoloji tədbir iki gün sonra rayonun Diyallı kənd tam orta məktəbində keçirilib. Keçirilən tədbirlərdə şagirdlərin sağlamlığı və hərbi vətənpərvərlik sahəsindəki bilik və bacarıqları aşkarlanıb. Mütəxəssislər layihənin icrasından razılıq ediblər.
Rəfiqə Əsgərova

Şərh Yaz