Məsuliyyət uğura aparan yoldur

Məsuliyyət uğura aparan yoldurİstənilən peşənin bilicisi olmağın yolu davamlı, çətin sınaqlardan keçir. İnsan seçdiyi sənətin sənətkarı olmaq üçün çalışdığı sahəyə sevgi ilə yanaşır, əmək sərf edir. Peşəkarlığa sərf edilmiş əmək həm də halallığın qarantıdır. Halallıqla qazanılan uğur isə şirin və xoş sədalı olur.
Halallıq və gündəlik zəhmət tələb edən sənətlərindən biri, bəlkə də birincisi müəllimlikdir. Müəllim başqalarının övladını təmənnasız sevə bilən, insanların, xüsusilə də yetişən nəslin doğmalıqla qayğısına qalan şəxsdir. Sağlam gələcəyimizin təminatçısı olan müəllimlərimizin həyat tərzinin yaxşılaşdırılması dövlətimizin daim diqqəti mərkəzində olan prioritet məsələlərdəndir. Müəllimlərin işgüzarlığı ilə yanaşı istirahəti və sağlamlıqlarının ciddi şəkildə nəzarətdə saxlanılması, bütün sahələrə olduğu kimi təhsil sahəsinə də xüsusi önəm verilməsinin mütəmadi olaraq şahidi oluruq. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev müəllim haqqında dəyərli fikir səsləndirmişdir: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Təbii ki, bu ucalığı qorumaq hər bir müəllimdən böyük fədakarlıq, gərgin əmək, öz peşəsinə böyük sevgi və qırılmaz bağlılıq tələb edir. Bu cümlə əsil müəllimin üzərinə daha böyük bir məsuliyyət qoyur. Г‡ünki ləyaqətli insan ona göstərilən etimada məsuliyyətlə yanaşmalı, onu doğrultmalıdır.
Ətrafımızda halallıqla çalışan, zəhmətinin bəhrəsi hesabına tanınan və sevilən ziyalılarımız vardır ki, barələrində söz açmaq, onları cəmiyyətə daha yaxından təqdim edilməsində vasitəçi olmaq insana ruh yüksəkliyi bəxş edir. Zəhmətkeş ziyalılarımızdan söz açmaq, onların təbliğ edilməsinə çalışmaq lazımdır ki, davamçılarımız olan gənclər həmin insanların Vətəni, xalqı, sevdiyi peşəsi üçün nələr etdiyini, hansı uğurlara imza atdığını öyrənsin. Yaxşı əməllərin təbliği gəncliyin inkişaf etməsi üçün stimuldur. Bu baxımdan xoş əməli, xoş niyyətli zəhmətkeş insanlar barəsində yazı hazırlamağı özümüzə borc bilərək dəyərli bir təhsil işçisindən söz açmağı qərara aldıq.
Elm-təhsil sahəsində çalışan insanlar adətən bütün həyatlarını bu sahəyə sərf edir, əsil vətənpərvər insan olaraq xalqının təhsil və təfəkkürünün inkişafına töhfələr vermiş olurlar. Bu meyarları özündə cəmləmiş, cəmiyyətə olduğu kimi təqdim olunası insanlardan biri İsmayıllı təhsil işçilərinin sevimlisi Hafiz Kərimovdur.
Kərimov Hafiz Məsdan oğlu 1958-ci ildə İsmayıllı rayonu Gəraybəyli kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1968-ci ildə Gəraybəyli kənd ibtidai, 1972-ci ildə Xəlilli kənd səkkizillik məktəbində təhsil alıb. Bakı şəhərində fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirib. 1975-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1980-ci ildə universiteti bitirdikdən sonra Gəraybəyli kəndində müəllim işləməyə başlayıb. 1984-cü ildə OADKYC -nin Rayon Komitəsinin sədri vəzifəsinə, 1986-cı ilin yanvar ayının 8-də isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri vəzifəsinə irəli çəkilib və hal-hazırda həmin vəzifədə çalışır. O həm də İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində müəllim işləyir. İşinin öhdəsindən xüsusi peşəkarlıqla gəlir. Müəllimin pedaqoji ustalığı yaradıcı bacarıq və keyfiyyətlərin bəhrəsidir. Bu mənada təlim və tərbiyə sahəsində ustalıq göstərərək onun hazırladığı şagirdlər 11 il mütəmadi olaraq fizika fənni üzrə olimpiadaların Respublika turunda qalıb gəlmiş və müxtəlif fəxri yerləri tutaraq mükafatlandırılmışdırlar.
Maraqlı faktdır ki, H.Kərimov fizika fənni üzrə olimpiadalarda Respublika üzrə qabaqcıl yer qazanmış azsaylı müəllimlərdən biridir. Hafiz müəllimin uğurlarının kökündə yüksək peşəkarlıq, mədəniyyət və ünsiyyət mütəxəssisliyi dayanır. O, öz tədris etdiyi fənni dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə uşaq psixologiyasından xəbərdardır, təlim və tərbiyənin metodikasına dərindən yiyələnib ki, bu da böyük uğurların başlanğıc nöqtəsidir.
Şagirdlərinin mənəvi dünyasının memarı olub, yetişdirdiyi nəsillərin yaddaşına böyük hərflərlə yazılmağı bacardığı üçün onu həmkarları da işinin ustası kimi dəyərləndirir. Onun xeyirxah və sülhsevən mövqeyi həmkarlarının da diqqətindən yayınmayıb.
Ölkə Prezidentinin düşünülmüş, uğurlu siyasəti yerlərdə də məsuliyyətlə icra edilməkdədir. Bariz nümunədir ki, ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tərəfindən də vaxtaşırı olaraq müəllimlərin qayğısına qalmaq istiqamətində mümkün zəruri işlər görülməkdədir. Hafiz müəllim İsmayıllı ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri kimi daim məktəb işçilərinə sosial hüquqlarının qorunmasına, onların sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına diqqətlə yanaşaraq, hər vaxt qayğıkeşlik nümayiş etdirir.
Son 5 ildə 40 nəfərdən çox qanunsuz işdən çıxarılmış təhsil işçisinin hüquqları qorunaraq işinə bərpa edilmiş, 65 nəfərdən çox dərs bölgüsü və digər əmək mübahisələri olan ittifaq üzvlərinin hüquqları qorunmuşdur. O, mütəmadi şəkildə əmək mübahisələrini qanunvericiliyin tələblərinə uyğun olaraq, optimal şəkildə həll etməyi bacaran mütəxəssisdir.
Son bir neçə ildə sosial-iqtisadi vəziyyəti zəif olan 400 nəfərdən çox təhsil işçisinə maddi köməklik göstərilmişdir. Respublikanın ilk rayon təşkilatıdır ki, əlil təhsil işçilərinə əlavə 20 faiz əmək haqqı ödənilməsi məsələsini Komitənin iclasında qaldıraraq150 nəfərdən çox sağlamlığını qismən itirmiş təhsil işçisinə köməklik göstərilmişdir. Təhsil işçiləri ilə keçirilən bütün tədbirləri – bayram şənlikləri, idman yarışları, istirahət və sağlamlığa xidmət edən turist gəzintilərini məhz onun rəhbərlik etdiyi RK-i layiqincə yerinə yetirir. Təhsil işçilərinin iştirakı ilə tarixi və əlamətdar günlərə həsr edilmiş idman spartakiadaları, ittifaq üzvlərinin Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Nabrana səfərlərin təşkil edilməsi, turist gəzintiləri, 350 nəfərdən çox təhsil işçisinin müxtəlif sanatoriya və istirahət evlərində istirahətə göndərilməsi məhz bu kimi tədbirlərdəndir.
H.Kərimovun təhsil sahəsindəki xidmətləri yalnız Həmkarlar İttifaqında gördüyü işlərlə məhdudlaşmır. Onun gərgin əməyi və müəllifliyi ilə “İsmayıllının təhsil tarixi” kitabının I hissəsi nəşr etdirib, məktəblərə və ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılıb. Kitabın II hissəsi də nəşrə hazırlanır. İsmayıllının təhsil tarixi qədim və çox zəngin olduğu üçün bu barədə vəsait hazırlamaq, kitab yazmaq da olduqca həssas, məsuliyyətli və şərəfli işdir.
Təlim-tərbiyənin qanunauyğunluqları və prinsiplərinə dərindən yiyələnərək, səmərəli, müasir texnologiyalarından istifadə etməyi bacaran Hafiz Kərimov 2008-ci ildən ATİAHİ Respublika Komitəsinin rəyasət heyətinin üzvü seçilmişdir. Г‡alışdığı illər ərzində səmərəli iş fəaliyyəti və uğurlu ilə seçilərək, 2017-ci ildə ona ATİAHİ-nin Respublika Komitəsinin konfransında yenidən etimad göstərilərək, növbəti 5 il müddətinə ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri seçilib. Onun rəhbərliyi və təşəbbüsü ilə 3 ilk həmkarlar ittifaqı təşkilatları şəhər 1, 2 və 3 nömrəli tam orta məktəb həmkarlar ittifaqı təşkilatları müxtəlif vaxtlarda “İlin ən yaxşı həmkarlar ittifaqı təşkilatı” Respublika baxış müsabiqəsinin qalibi olaraq mükafatlandırılıb. Dörd ilk təşkilat – şəhər 3 və 5 nömrəli, Lahıc qəsəbəsi və Təzəkənd kənd tam orta məktəbləri “Əməyin mühafizəsi üzrə” Respublika baxış müsabiqəsində qalib olaraq mükafatlandırılıblar.
Hafiz müəllimin müsbət fəaliyyəti mütəmadi olaraq rəhbərlik tərəfindən qiymətləndirilib. 2008-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə Azərbaycan Həmkarlar İttifaqının 100 illik yubileyi medalı ilə təltif edilmişdir. Ən əsası da odur ki, dövlətimizin, Azərbaycan Həmkarlar İttifaqının rəhbərliyinin və İsmayıllı Rayon Təhsil Şöbəsinin ona göstərdiyi etimadı ustalıqla doğrultmuşdur.
Hafiz müəllimin təhsil sahəsindəki, böyük əməyi və əzmkarlığı dövlətimizin də diqqətindən yayınmamışdır. 2009-cu ilin sentyabr ayının 30-da ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2010-cu ildə isə Həmkarlar İttifaqı təşkilatlarının fəaliyyətini lazımı şəkildə və səmərəli icra etmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı qorumaq, təşkilatların nüfuzunu qaldırmaq, işləyən təhsil işçilərini, tələbə və şagirdləri ittifaqa cəlb etmək, həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq, onların müsbət iş təcrübəsini yaymaq, sağlam rəqabət mühiti yaratmaq qabiliyyətinə görə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir.
Ziyalı insanlar yalnız öz səmərəli fəaliyyəti ilə deyil, nümayiş etdirdiyi gözəl əxlaqi keyfiyyətləri, müsbət ailə dəyərləri ilə də diqqət mərkəzində olurlar. Əsil ziyalı insanların ailə mühiti də ziyalılıq yayır, zəhmətkeşlik tərbiyə edir. Məhz elə Hafiz müəllimin ailəsi kimi. Üç övlad atası olan Hafiz müəllim yalnız müəllimi olduğu gənclərə deyil həm də öz övladlarına da yüksək təlim-tərbiyə vermiş, bu işdə həqiqətən örnək olmuşdur. Oğlanları iqtisadçı, qızı isə müəllimədir. Bu həm də o deməkdir ki, onun yetişdirdiyi övladlar cəmiyyətin müxtəlif sahələrində xidmət edərək Vətənə, xalqa fayda verirlər.
2018-ci ilin yanvar ayının 8-də həmkarları, əzizləri Hafiz müəllimin 60 illik yubileyini qeyd etdi. Hamı bu münasibətlə onu səmimi qəlbdən təbrik edib, ona uzun və sağlam ömür, həyatda möhkəm cansağlığı, davamlı yaradıcılıq uğurları, işlərində bol-bol müvəffəqiyyət arzulayıb.
Doğum gününüz mübarək, Hafiz müəllim! Arxada qoyduğunuz şərəfli və qürurverici 60 il hələ bundan sonra neçə-neçə gənc müəllimlərin örnək götürəcəyi bir nümunədir. Üzərinizə vəzifə olaraq götürdüyünüz və xüsusi peşəkarlıqla icra etdiyiniz müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşənizdə nailiyyətlər qazanmağınızı arzu edirik.
Elnarə Günəş,
AJB-nin üzvü

Qardaşım

Dəyərli ziyalımız – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimovun 60 illiyinə

Məsləkin, əqidən bəllidir bizə,
Ömrün altmışına yetən qardaşım.
Xoş yer soraqlayıb, xoş ünvan gəzib,
Duyan ürəklərdə bitən qardaşım.

Səninlə mənalı il olur anım,
Uğurlu sabaha artır gümanım.
Şirin dillərinə qurbandır canım,
Bülbüllər sayağı ötən qardaşım.

Ad-sana çevrilib ötən illərin,
Duyumu incəsən, zəkası dərin.
Gözəl arzuların düz fikirlərin
İçində, qoynunda itən qardaşım.

Əməlin, amalın, niyyətin xeyir,
Г‡əmən gül donunu xətrinə geyir.
Adam tanıyıram, hey “mənəm” deyir,
Sənə ola bilməz o tən, qardaşım!

Hər yerdə öndəsən, aqil, ucasan,
Həyat qanad verə, quştək uçasan.
Sən Vətən yolunda əsl xocasan,
Başında tac olsun Vətən, qardaşım!
Hacıməmməd Məmmədov

Şərh Yaz