Biliklər təcrübədə tətbiq edilir

Biliklər təcrübədə tətbiq edilir                     Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Г‡ox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də xalqa xəyanətkarlıq edənlərin kimliyi bəlli oldu.
Rayonumuzda 20 Yanvarla bağlı bir sıra tədbirlər və ədəbi-bədii kompozisiyalar keçirilib. Belə tədbirlərdən biri də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə 1014 qrupunun tələbələri tərəfindən keçirilib. Kollecin tələbələri İsmayıllı şəhər 1 saylı uşaq bağçasında təcrübə keçirlər. Onlar 4 il müddətində Kollecdə ixtisasları üzrə təcrübəli müəllimlərin köməyi ilə qazandıqları bilikləri təcrübədə tətbiq edirlər. Bağçanın müəllim kollektivinin köməyi ilə onlar 20 Yanvar hüzün günü münasibəti ilə “Qanlı Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir təşkil ediblər. Tədbirə məktəbəqədər və böyük qrupun uşaqları cəlb olunublar. Uşaqlar Vətənə, bayrağa, 20 Yanvara aid şeirlər söyləyiblər. Eləcə də “Vətəni qoruyaq” mövzusunda kompozisiya qurublar. Tədbirdə bağçanın müdiri Qalibə Abdullayeva yekun sözü deyib.
Belə tədbirlərin keçirilməsinin gələcək nəsillərin də “Qan yaddaşı”mızdan xəbərdar olmalarında böyük əhəmiyyəti vardır.
Ayaz Şahalıyev

Şərh Yaz