Zəhra ölkə çempionudur

Zəhra ölkə çempionudur                               “Sərhədçi” İdman-Olimpiya Kompleksində18-19 yanvar 2018-ci il tarixlərində U-21 gənclər arasında cüdo üzrə keçirilən Bakı şəhər açıq birinciliyində idmanın bu növü üzrə məşqçi-müəllimlər – Əkbər Şəfaqətov və Nurlan Salmanzadənin yetirmələri, müxtəlif çəki dərəcələrində dəfələrlə yüksək yerlər tutmuş Zəhra Mehdiyeva bu dəfə 57 kiloqram çəkidə çıxış edərək ölkə çempionu olub.
Mehdiyeva Zehra Salman qızını ilk təbrik edən də elə müəllimləri olub. Onların fikrincə Zəhra beynəlxalq arenalarda da öz sözünü deyəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqdır.
Növbəti qələbə münasibəti ilə İsmayıllı idmansevərləri adından Z. Mehdiyevanı təbrik edir, onun gözlənilən nəticələrə imza atmasını arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz