Birincilik şəhidlərin xatirəsinə həsr olunub

Birincilik şəhidlərin xatirəsinə həsr olunub                      14 yanvar 2018-ci il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate idman növü üzrə məktəbəqədər, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
Tədbiri məşqçi-müəllim Bayram Qəhrəmanov açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunduqdan sonra Tədbirdə iştirak edən Gİİ-nin rəisi Taleh Salehov iştirakçılara 20 Yanvar hadisələri, bu hadisələrin baş vermə səbəbləri, Azərbaycanın müstəqillik tarixinə yazılan bu qanlı səhifələr haqqında geniş məlumat verib. İdmançılara uğurlar arzulayıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də sağlamlıqlarında bu qəbildən olan idman oyunlarının əhəmiyyətindən danışıb. Yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Hər çəki dərəcəsində I, II və III yeri tutan idmançılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Xəyyam Məmmədov

Şərh Yaz