Vətənpərvərlik ruhu aşılayan şeirlər səsləndirilib

Vətənpərvərlik ruhu aşılayan şeirlər səsləndirilib                    18 yanvar 2018-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rayon Təhsil Şöbəsi ilə birgə rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar – Ümumxalq Hüzn Gününün 28 ci ildönümünə həsr olunmuş, vətənpərvərlik ruhu aşılayan şeirlərin söylənilməsi üzrə müsabiqə keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva açıb və 20 Yanvar haqqında şagirdlərə ətraflı məlumat verib.
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Xəyyam Məmmədov, bu sətirlərin müəllifi Г‡inarə Bədəlova və Rayon Təhsil Şöhbəsinin metodisti Ülviyyə Zeynalova tədbir iştirakçıarına uğurlar arzulayıb, müsabiqənin şərtlərini şagirdlərə izah ediblər.
Şəhər 1-7 (2 müstəsna olmaqla) nömrəli, Topçu, Vəng, İvanovka, Keyvəndi, Qalınçaq, İstisu, Quşencə, Aşıqbayramlı, Kürdmaşı tam orta, Talış, Ağbulaq kənd ümumi orta məktəblərindən ümumilikdə 39 nəfər iştirak etdiyi müsabiqədə tanınmış şairlərin şeirləri səsləndirilib.
Yerli şairlərimizdən Şahməmməd Dağlaroğlu, Xalıq Yusifoğlu tədbirdə münsif kimi iştirak ediblər. Münsiflərin yekun qərarını X.Yusifoğlu səsləndirib.
Müsabiqədə I yerə 3 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Zərifə Həlimova, II yerə İvanovka kənd tam orta məktəbinin X sinif şagirdi Tatyana Kazakova, 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Elman Cənnətəliyev, III yerə 7 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Mələk Məmmədova, Qalıncaq kənd tam orta məktəbinin IX sinif şagirdi Aytac Qasımova, 6 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Rəvan Xalıqov layiq görülüblər.
Qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Г‡.Bədəlova

Şərh Yaz