Azadlıq fədailəri anıldı

Azadlıq fədailəri anıldı                                 “Bu faciə təkcə Azərbaycanın deyil, eyni zamanda bütövlükdə insanlığa yönəlmiş faciədir” fikri 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə İsmayıllı Rayon Təhsil Şöbəsinin hazırladığı tədbirlər planından qırmızı xətlə keçib.
Plana uyğun olaraq yanvar ayının əvvəllərindən başlayaraq 20 Yanvar faciəsinin mahiyyətinin açıqlanması ilə bağlı ümumtəhsil müəssisələrində görüləcək işlərə dair məlumatların çatdırılması təmin edilmiş, bununla əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.

Yaddaşlardan heç vaxt silinməyəcək tarixin ildönümü münasibətilə təhsil müəssisələrində bədii qiraət günləri keçirilmiş, ədəbi-bədii kompozisiyalar göstərilmiş, divar qəzetlərinin xüsusi nömrələri, bülletenlər buraxılmış, stendlər, guşələr, fotosərgilər təşkil olunmuş, idman turnirləri həyata keçirilmişdir.
Şəhər 1-7 nömrəli, Vəng, Cülyan, Təzəkənd, Topçu və s. məktəblərdə keçirilmiş tədbirlər maraqlı və məzmunlu olmaqla şagirdlərin yaddaşında dərin iz qoymuşdur. Keçirilmiş tədbirlərdə Qarabağ döyüşçülərinin, şəhid ailələrinin iştirakı təmin edilmiş, xatirələr dinlənilmişdir.
Heydər Əliyev Mərkəzində “20 Yanvar –“ şəhidliyin uca zirvəsi” mövzusunda inşa yazı, Uşaq Gənclər İnkişaf Mərkəzində “20 Yanvar uşaqların gözü ilə mövzusunda rəsm, RTŞ-də mövzu ilə bağlı şeir müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
Yanvarın 16-da Uşaq Gənclər İnkişaf Mərkəzində “İlk andım –“ azadlığım” adlı möhtəşəm ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdən öncə mərkəzin foyesində faciənin ildönümü münasibəti ilə keçirilən rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Azadlıq fədailəri anıldı                                 Ölkəmizin müstəqilliyi və suverenliyi, Vətən torpaqlarının azadlığı yolunda canlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Monitorda əvvəlcə “Babək” filmindən bir parça nümayiş etdirilmiş, sonra isə məktəblilərin hazırladığı məzmunlu kompozisiya işlənilmişdir. Şagirdlər öz çıxışlarında bu günahsız qanların yerdə qalmayacağı inamını əks etdirmişlər. Uşaq Gənclər və İdman-Şahmat Məktəbində ümumtəhsil ocaqlarının şagirdləri arasında şahmat və əl topu üzrə rayon birinciliyi keçirilmişdir.
Yanvarın 19-da ümumtəhsil müəssisələrində ilk dərs Yanvar faciəsinə həsr olunmuşdur. Rayonun Şəhidlər xiyabanına müəllim və şagirdlərin ziyarəti təşkil edilmişdir.
Təhsil müəssisələrinin internet saytlarında 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirləri əks etdirən materiallar yerləşdirilmiş, görülmüş işlər mətbuatda işıqlandırılmışdır.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz