Ümummilli lider Heydər Əliyevin anım günü Lahıc qəsəbəsində qeyd edilib

11 dekabr 2017-ci il tarixdə Lahıc qəsəbəsində İƏD üzrə nümayəndəliyin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lahıc qəsəbəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbə ziyalıları, ağsaqqallar iştirak ediblər.
Tədbirdə bir dəqiqəlik sükutla Ulu öndərin xatirəsi yad edilib, ruhu dərin hörmətlə anılıb.
Ümummilli lider Heydər Əliyevin anım günü Lahıc qəsəbəsində qeyd edilib
Ümummilli lider Heydər Əliyevin anım günü Lahıc qəsəbəsində qeyd edilib
Daha sonra Ümummilli liderin həyat və fəliyyətindən bəhs edən, önəmli görüşlərindən, vətənimizə və xalqımıza olan sevgisindən bəhs edən çıxışlarından hazırlanmış film iştirakçılara təqdim edilib.
Tədbirdə RİH başçısının Lahıc qəsəbə İƏD üzrə nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev, qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, Lahıc qəsəbə tam orta məktəbinin direktoru, əməkdar müəllim Hikmət Haqverdili, Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev və başqaları çıxış ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonuna olan səfərlərindən, onunla görüşlərdən, inkişafda olan İsmayıllıya verdiyi gözəl töhfələrindən, bu bölgəyə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Əli Əlizadə

Şərh Yaz