Anım gününə həsr olunmuş ağacəkmə aksiyası

İsmayıllı Rayon İcra Hakimiyyəti YAP İsmayıllı Rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib. Diyallı bələdiyyəsi ərazisində keçirilən aksiyada rayon İcra Hakimiyyətinin, bir sıra idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatı şurasının üzvləri, gənclər, Diyallı kəndinin fəalları iştirak ediblər. Anım gününə həsr olunmuş ağacəkmə aksiyası
Anım gününə həsr olunmuş ağacəkmə aksiyası
İDEA ictimai birliyinin yaşıllaşdırma hərəkatının davamı olaraq 5 hektar sahədə 3 mindən çox fındıq tingi əkilib.
Xatırladaq ki, cənab prezident İlham Əliyev hazırda ağac əkilən yerə yaxın ərazidə tikilmiş Velosiped zavodunun açılışında fındıqçılığın valyuta gətirici əhəmiyyətindən danışıb və bu sahənin inkişaf etdirilməsi üçün tapşırıq vermişdi. Yeni fındıq bağı salınması bir daha göstərir ki, bu tapşırıq İsmayıllıda uğurla icra olunur.
Bəhruz Xələfov

Şərh Yaz