Rabitə xidmətinin səviyyəsi yüksəlib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Əlamətdar gün İsmayıllıda da qeyd olunub.
Rabitə xidmətinin səviyyəsi yüksəlib
Tədbirdə İsmayıllı Rayon Poçtamtı, Telekommunikasiya sahəsində çalışan rabitəçilər iştirak ediblər. Onlar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.
İsmayıllı Poçtamtının rəisi Söhbət Pənahov, İsmayıllı Telekommunikasiya qovşağının rəisi Elxan Əliyev son ildə rayonumuzda rabitə sahəsində həyata keçirilən işlərdən, əhaliyə göstərilən xdmət növlərində əldə olunan nailiyyətlərdən söz açıblar. İsmayıllı şəhər ində, qəsəbə və kəndlərdə rabitə xidmətinin səviyyəsinin yüksəldilməsində əsaslı dönüş yaradıldığını vurğulayıblar.
RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov tədbir iştirakçılarına peşə bayramları münasibətilə təbrik edib, onlara vacib və səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçıları Ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Səxavət Zülfiyev

Şərh Yaz