Müstəqil Azərbaycan Ulu öndərin əmanətidir

Dahi lider Heydər Əliyevin anım günü İsmayıllı rayonunun Sərdahar kənd ümumi orta məktəbində də qeyd olunub.
Müstəqil Azərbaycan Ulu öndərin əmanətidir
Tədbiri açan məktəb direktoru Füzuli Baxışov Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu öndərin əvəzsiz xidmətləri barədə geniş məlumat verib. Bildirib ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan qurtarıb, yeni dövlət yaradaraq onun gələcək onilliklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. Müstəqil Azərbaycan Ulu öndərin əmanətidir.
Ulu öndərin keçdiyi ömür yolundan danışan Azərbaycan dili və ədəbiyyatı müəllimi Firəngiz Aslanova fenomen siyasətçinin rəhbərliyi ilə təməli qoyulan nəhəng transmilli layihələri xatırladıb, həyata keçirilən siyasi-iqtisadi islahatların hazırda prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırıldığını qeyd edib.
Digər çıxış edənlər Azərbaycanın dünyaya inteqrasiyası, qlobal dünyadakı yeri və rolu barədə danışıb.
Sonda dünya şöhrətli insanın həyatından bəhs edən film nümayiş etdirilib. Məktəblilərin təqdimatında şeirlər səsləndirilib.
Elnarə Qasımova

Şərh Yaz