Kəndin sevimlisi

İsmayıllı rayon Ağbulaq kənd ümumi orta məktəbinin V sinif şagirdi Ləman Əkbərova azyaşlı olmasına baxmayaraq idman sahəsində böyük nailiyyətlər əldə edib.
Əkbərovlar ailəsinin ikinci övladı olan Ləman 2 ildir əlbəyaxa döyüş idmanı ilə məşğul olur. O, dəfələrlə Respublikada keçirilən yarışlarda həmyaşıdlarına qalib gələrək birincilik əldə edib. Г‡ox sayda Diplom və medallar qazanıb.
Kəndin sevimlisi
Kəndin sevimlisi
Kəndin sevimlisi
Ləman bu yaxınlarda budo döyüş növü üzrə Gürcüstanda keçirilən Dünya çempionatından çempion kimi qayıdıb. Bakıda isə Dünya və Avrasiya kubokunu qazanıb.
Ləmanın yarışlarda həmişə qalib gəlməsinə ən böyük səbəbkarlardan biri onun məşqçi-müəllimi Bayram Qəhrəmanovdur. Ləmanın çevikliyi, idmana olan həvəsi ona oğlanlardan da yaxşı döyüşməyə imkan verir.
Sinif rəhbəri Rəfiqə Bağırova, fiziki tərbiyə müəllimi Gülxar Əkbərova qeyd edirlər ki, Ləmana ən böyük dəstəyi ailəsi, təhsil aldığı məktəbin müəllimləri verir. İdmanla yanaşı təhsilinə məsuliyyətlə yanaşan idmançı qız müəllimlərinin sevimli şagirdinə çevrilib.
Qatıldığı yarışlardan alnı açıq qayıdan Ləman ailəsini hər zaman sevindirməyi bacarır. Valideynləri Ləmanın daima irəlidə olması, illər keçdikcə daha mötəbər yarışlara qatılması üçün əllərindən gələni əsirgəməyəcəklərini deyirlər.
Leyla Nadirqızı

Şərh Yaz