Təltifə layiq görülən təhsil işçiləri mükafatlandırılıb

Təhsil Naziri Mikayıl Cabbarov Bakıdakı 20 nömrəli məktəb-liseydə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələr əldə olunmasına şərait yaratdığını deyib.
 Təltifə layiq görülən təhsil işçiləri mükafatlandırılıb
 Təltifə layiq görülən təhsil işçiləri mükafatlandırılıb
 Təltifə layiq görülən təhsil işçiləri mükafatlandırılıb
Nazir qeyd edib ki, milli-mənəvi dəyərlərə əsaslanan vətəndaş tərbiyəsi bugünkü fəaliyyətin əsas istiqaməti olmalıdır:
“Təhsil alanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır. Bu ildən bütün ölkəni əhatə edən təmayülləşmə buna xidmət edir. Təmayülləşmə yeni yanaşmaların, fərqli öyrənmə mühitinin bərqərar olması, pedaqoji prosesin şagirdlərin meyl və maraqlarına uyğun qurulması üçün müəllimlərə əlverişli imkan yaradır. Bu imkanı real nəticələrə çevirmək üçün müəllimlərin üzərinə mühüm vəzifələr düşür”.
Tədbirin davamında təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə, 54 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 53 nəfər Əməkdar müəllim, 1 nəfər Əməkdar mədəniyyət işçisi, 1 nəfər Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adlarına, 1 nəfər Azərbaycan Respublikasının fəxri diplomuna, 1 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Mükafatların təqdimolunma mərasimində Əməkdar müəllim Dürdanə Ağayeva və “Tərəqqi” medallı Ruhiyyə Mahmudova rayonumuzu təmsil ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz