Konstitusiya günü qeyd edilib

10 noyabr 2017-ci il tarixində İsmayıllı Regional Bilik Evi, Mərkəzi kitabxana və Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dövlət himni səsləndirilib. MKS-nın xidmət şöbəsinin direktoru Səbirə Seyidova tədbiri açıb və iştirakçıları bayram münasibəti ilə təbrik edib. Konstitusiyanın dövlətin müstəqilliyini təsdiq etdiyini, müasir cəmiyyətdə vətəndaş üçün vacibliyini vurğulayıb.
Konstitusiya günü qeyd edilib
İsmayıllı Uşaq kitabxanasının direktoru Rəna Süleymanova çıxış edərək hüquqi sənədin yaranma tarixindən danışıb.
İsmayıllı Regional Bilik Evinin direktoru Sevinc Novruzova Konstitusiyanın vətəndaşlarımız üçün əhəmiyyətliliyini və o cümlədən suverenliyimizi təsdiq edən hüquqi sənədin müasir cəmiyyətdə təsbit etdiyi hüquq və azadlıqların təqdirəlayiq olduğunu qeyd edib. Tədbir iştirakçıların fəal müzakirəsi ilə davam etdirilib.
Sonda Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
R.Qasımov

Şərh Yaz