Müsabiqə keçirildi

Uşaqlara təhlükəsiz həyat fəaliyyətinin öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən hər il “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsi keçirilir
Müsabiqə keçirildi
Odur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnaməyə uyğun şəkildə rayon üzrə müsabiqənin keçirilməsi məqsədi ilə RTŞ-də münsiflər heyəti yaradılmış, təhsil müəssisələri mükafatlandırılmışdır.
Müsabiqənin rayon mərhələsi 27 oktyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilmişdir. Maraqlı müsabiqədə İsmayıllı şəhərinin 1, 2, 5 nomrəli tam orta məktəblərinin, Buynuz, Keyvəndi, Qurbanəfəndi kənd tam orta məktəblərinin şagirdləri daha fəal iştirak etmişlər.
Əsasnamədə göstərilən sayda qalib işlər FHN-nın Şimal-Qərb Regional Mərkəzinə gəndərilmişdir.
Rəna Mirzəliyeva,
RTŞ-nin metodisti

Şərh Yaz