Hörmətli vergi ödəyicisi!

Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Vergi hesabatının elektron sənəd formasında göndərilməsi qaydası”na uyğun olaraq Sizə vergi orqanı tərəfindən elektron xidmət növlərindən istifadə, elektron bəyannamənin (hesabatın) təqdim edilməsi və onları təqdim edənlərin identikləşdirilməsi üçün xüsusi proqram təminatı vasitəsilə hazırlanan və vergi ödəyicilərinə qapalı zərfdə verilən məxfi məlumatların kombinasiyasından ibarət istifadəçi kodu, şifrə və parol verilmişdir.Hörmətli vergi ödəyicisi!
Aparılan təhlillərlə müəyyən edilmişdir ki, elektron xidmətlərdən istifadənin genişləndirilməsi ilə əlaqədar görülən tədbirlərə baxmayaraq vergi hesabatlarını qanunla müəyyənləşdirilmiş müddətlərdə təqdim edilməsini təmin etmək, əlavə vaxt və maliyyə itkilərinin qarşısını almaq məqsədilə vergi hesabatlarının vergi orqanına müqavilə bağlayaraq alınmış istifadəçi kodu, parol və şifrədən istifadə edərək elektron sənəd formasında göndərilməli olduğunuz halda, tərəfinizdən vergi hesabatları vergi orqanlarına kağız daşıyıcılarda təqdim edilir və bu da son nəticədə əlavə vaxt və maliyyə itkiləri ilə nəticələnir. Məlumat üçün bildiririk ki, vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir, yəni vergi hesabatı elektron sənəd formasında göndərildikdə onun vergi ödəyicisi və bəyannamənin tərtib edilməsində iştirak edən müstəqil auditor tərəfindən imzalanması, hüquqi şəxs olduqda möhürlə təsdiqlənməsi tələb olunmur.
Eyni zamanda məlumat üçün bildiririk ki Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən 62 adda, o cümlədən “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi”, “Г‡ağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş vergi bəyannaməsi”nin təqdim edilməsi” elektron xidmətlərin inzibati reqlamentləri təsdiq edilərək vergi ödəyicilərinin istifadəsinə verilmişdir və bunlar modern və çevik idarəetmənin təmin edilməsi, vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir. Vergi orqanları tərəfindən göstərilən elektron xidmət növlərinin siyahısı, onların istifadəçi təlimatları və inzibati reqlamentləri barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsindən əldə edə bilərsiniz.
Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), Vergilər Nazirliyinin Г‡ağrı Mərkəzinə (195-1), İsmayıllı rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzinə və ya 10 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinə müraciət edə bilərsiniz.
Cavid Kəngərli,
10 saylı Ərazi Vergilər İdarəsinin direktoru, vergi xidməti müşaviri

Şərh Yaz