Г‡ap olunmamış kitabdan bir hekayə

Redaksiyadan: İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin özünə xas iş prinsipi var: Mərkəzin işlədiyi problemli ailələrlə bağlı iş açılır. Ailənin problemləri, görülməli və görüləsi işlər burada öz əksini tapır. İşlər başa çatdıqdan sonra işə uğur hekayəsi hazırlanır. Amma şərti adlarla –“ elə bu hekayədə olduğu kimi. Mərkəzdə bu hekayələri “Г‡ap olunmamış kitabdan səhifələr” adlandı
Г‡ap olunmamış kitabdan bir hekayəRedaksiyadan: İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin özünə xas iş prinsipi var: Mərkəzin işlədiyi problemli ailələrlə bağlı iş açılır. Ailənin problemləri, görülməli və görüləsi işlər burada öz əksini tapır. İşlər başa çatdıqdan sonra işə uğur hekayəsi hazırlanır. Amma şərti adlarla –“ elə bu hekayədə olduğu kimi. Mərkəzdə bu hekayələri “Г‡ap olunmamış kitabdan səhifələr” adlandırıblar.
Г‡ap olunmamış kitabdan bir hekayə Onu da deyək ki, Mərkəzin ailələrlə bağlı açdığı işlərlə kənar bir şəxs tanış ola bilməz, qəbul edilmiş qayda belədir. Lakin hekayələrdəki şərtilik bu maneəni aradan qaldırır. Beləcə, biz də çap olunmamış o kitabı vərəqlədik və hekayələrdən birini çap üçün seçdik:

Mən də varam! 68

Qapının zəngi aramsız çalındı, kim idisə səbirsizlik edib bərkdən ev yiyəsini haylamağa da başladı. Zeynəb tələsik pillələri düşüb qapıya yüyürdü. Bunu görən anası arxadan hirslə onu çağırdı:
– Hara, ay qız? Qayıt, sənin dilini kim anlayacaq ki?
Zeynəb duruxdu, peşiman-peşiman çiyninin üstündən artıq ona çatmaqda olan anasını süzdü, qeyri-ixtiyari axan göz yaşlarını əlinin dalı ilə sildi, anasının qorxusundan gələnə sarı baxmağa belə cürət etmədən qaçaraq yan otağa girib qapını bərk-bərk örtdü.
Zeynəbin günləri, illəri 5 yaşından belə keçirdi. Artıq 20 yaşı var idi, məktəbə getmişdi, orta təhsil almışdı, yaxşı oxuyurdu, imtahan verib kollecə də qəbul olmuşdu. Ancaq…
Zeynəbin nitqində qüsur olduğunu valideynləri onun 5 yaşı olanda bilmişdilər. Xeyli vaxt Bakıda müalicə etdirmiş, sonralar isə maddi imkansızlıq üzündən müalicəni yarımçıq qoymuşdular. Zeynəb azacıq həyəcanlanan kimi kəkələyir, nitqi anlaşılmaz olurdu. Məktəb yoldaşları buna adət etmişdilər, ancaq evə gələn tanıdığı, tanımadığı qonaqlar onun danışığını eşidən kimi heyrətlə içlərini çəkir, bütün dünyanı unudub söhbəti tək onun danışığı üzərində qurur, vaysınır, bəziləri hətta zarafata salıb onu yamsılayırdılar. Ona görə də çox vaxt evə qonaq gələn kimi anası “Zeynəbin danışığında bir az problem var” deyər və tez də onu yan otağa göndərib hələ-həlbət qonaqlar gedincəyədək oradan çıxmamağı tapşırardı. Beləcə, Zeynəb guşənişin oldu, hamıdan, hətta ev adamlarından belə qaçaq düşdü, saatlarla yan otaqda oturub kitab oxuyar, kimsəylə danışmazdı. Əvvəllər bunun belə olmasını valideynləri özü istəsə də, sonralar Zeynəbin bu halı onları ciddi narahat etməyə başladı. “Danışma” dedikləri Zeynəbi danışdırmaq üçün min oyundan çıxdılar, faydasız –“ Zeynəb getdikcə hamıdan uzaqlaşırdı. Г‡arəsiz qalan valideynlər Zeynəbi həkimə aparırlar, ətraflı söhbət və müayinədən sonra ailə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə yönləndirilir.
Mərkəz Zeynəbə qucaq açır, ilk olaraq könüllülərin sırasına qoşulur, adabtasiya üçün Mərkəzə gələn uşaqlarla işləmək, işçilərlə ailələrə səfər etmək, tədbirlərdə iştirak onu az müddətdə bədbinlikdən qurtarır, özünəgüvən formalaşdırır. Zeynəb psixoloji konsultasiyalara cəlb olunur, ardıcıl loqopedik xidmətdən bəhrələnir. Bunlarla bərabər kompyuter bilgilərinə sahib olmaq üçün gününün xeyli hissəsini Mərkəzin nəzdindəki İcma İnformasiya Mərkəzində keçirir. Artıq Zeynəb danışığının kimsəni təəccübləndirmədiyi, əks reaksiyalara səbəb olmadığı bir mühitdə idi və burada özünü çox rahat hiss edirdi. Və bu rahat ortamda ayların necə keçdiyini belə hiss etmədi. Aylar sonra onu hiss etdi ki, artıq o o deyil, özünəqapanan, insanlardan qaçan, kəkələyən, həyəcandan tir-tir titrəyən Zeynəb ayların o üzündə qalıb. Artıq güzgüdə özünə baxmaqdan nəinki çəkinmir, əksinə həzz alırdı, axı qarşısında gözlərinin içi belə gülən, üzündən sevinc yağan, həyat dolu bir qız durmuşdu və bu qız var səsiylə ailəsinə, onu tanıyanlara haray çəkirdi: mən də varam!
Və bu inamla da təkrar ali məktəbə sənəd verdi: salam, tələbəlik!
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Şərh Yaz