Qaliblər İsmayıllıda olublar

Son illər Lahıc qəsəbəsinə gələn turistlərin dinamik artımı göstərir ki, bu məkan gündəlik inkişafda olan ölkə vətəndaşlarının belə diqqətini cəlb etməkdədir. Ürək açan, sevindirici bir həqiqət də var ki, İsmayıllıya yolu düşən hər kəs Lahıcda olmaq, onun qədim tarixi, zəngin mədəniyyəti və əsrləri adlayıb gəlmiş adət-ənənələri ilə yerində tanış olmağa can atır. Bu mənada, ölkəmizə səfər edənlərin böyük əksəriyyətinin İsmayıllıda, eləcə də Lahıcda olması yüksək dairələr səviyyəsində də məqsədəuyğun hesab olunur.Qaliblər İsmayıllıda olublar                   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində islam ölkələri gənclərinin arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərinin İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfərləri olub.
Gənclər səfər çərçivəsində Lahıcın tarixi və memarlıq abidələri ilə yaxından tanış oldular. Lahıc memarlıq üslubu turistlərin diqqətini xüsusilə cəlb edib.
Bənövşə İsmayılova,
Lahıc qəsəbə tam orta məktəbinin müəllimi

Şərh Yaz