Məktəblilər maarifləndirilib

Sentyabr ayının 20-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin iclas zalında “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.Məktəblilər maarifləndirilib  Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə nümayəndəsi Rahim Orucov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin nümayəndəsi Camal İsayev, Dini Quqrumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı şöbəsinin nümayəndəsi Elnur Mehdiyev və məktəb-liseyinin direktoru Əhmədağa Ələkbərov iştirak ediblər.
Г‡ıxış edənlər məktəblilərə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz