Oyun, əyləncə – yaddaqalan gün

Avqust ayının 2-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqaladə Hallara Hazırlıq Şöbəsinin “Təhlükəsiz və möhkəm icmaların möhkəmləndirilməsi” layihəsi çərçivəsində “İlk yardım vərdişləri” üzrə Sumqayıt Regional Mərkəzinə daxil olan Sumqayıt, İsmayıllı və Qusar rayonlarının gəncləri arasında təşkil olunan bu yarışma Qusar rayonunun “Şahbulaq” meşəsində baş tutdu. Oyun, əyləncə - yaddaqalan gün    Əvvəlcə könüllülər qruplarına aid olan çadırları qurdular. Ondan sonra yarışma başlandı. Könüllülər verilən tapşırıqlar üzrə hərəkat planını yerinə yetirdilər. Sonda yarışma iştirakçılarına proqram rəhbərliyi tərəfindən Təşəkkürnamə və hədiyyələr verildi.
Gənclər gün ərzində bir süfrə ətrafında maraqlı diskusiyalar edərək, müxtəlif idman oyunları oynayaraq, maraqlı və yaddaqalan, əyləncəli bir gün keçirdilər.
Rəfiqə Əsgərova

Şərh Yaz