Təbrik edirik

Rafiq Məmməd oğlu Həsənov 50 il əvvəl avqust ayının 24-də anadan olub. Atası Məmməd kişinin rayondakı klublardan birində kinomexanik işləməsi onu kiçik yaşlarından kino çəkilişlərinə, bu sahə üzrə olan avadanlıqlara meyil salmağa sövq edib.Təbrik edirik                 Elə bu səbəbdən də İsmayıllı rayonunda ilk video-kamera sahibi olanlardan biri R.Həsənov olub. O, uzun illərdir ki, öz kamerası ilə İsmayıllının ictimai-siyası həyatı, təbiəti, onun zəhmətkeş və xeyirxah adamları barədə çəkilişlərini respublikanın müxtəlif televiziya kanallarına təqdim etməklə gözəl diyarımızı, Azərbaycanın mirvarisi olan İsmayıllımızı təbliğ və tərənnüm edir.
R.Həsənovu hamı öz işinin ustası kimi tanıyır. Kifayət qədər diqqət və məsuliyyət tələb edən işində Rafiq Həsənova 50 illik yubileyi ərəfəsində can sağlığı diləyir, bundan sonra da rayonumuzun xoş xəbərlərini yaymaqda ona yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti

Şərh Yaz