İzləyicilər İsmayıllının uğurlarını alqışlayıblar

İzləyicilər İsmayıllının uğurlarını alqışlayıblar    İyun ayının 7-də yurdumuzun gözəl diyarı, son illərin əsl turizm məkanına çevrilmiş İsmayıllı rayonu ATV televiziya kanalının studiyasında, canlı yayımında olub. ATV kanalının “Bizimləsən” proqramı iki saat müddətində rayonun əsrarəngiz güşələrini nümayiş etdirməklə İsmayıllının tarixinə, mədəniyyətinə, söz-sənət adamlarının yaradıcılığına, bölgənin bugünkü inkişafına geniş yer ayırıb.
Veriliş boyu rayonun əldə etdiyi nailiyyətlərdən söz açılıb, studiyaya dəvət almış müxtəlif peşə adamlarının ürək sözləri dinlənilib.
İki saat davam edən verilişdə kanalın izləyiciləri sözün həqiqi mənasında İsmayıllıya səyahət edərək, onun qədim keçmişi, dünəni və bugünü ilə yaxından tanış olublar. Tamaşaçılar bu verilişi izləməklə multikulturalizm məkanı, Azərbaycanın mirvarisi olan İsmayıllının uğurlarını alqışlayıblar.
Veriliş iştirakçılarının çıxışlarında rayon rəhbərliyinin ünvanına səsləndirdikləri minnətdarlıq dolu fikirlər dinləyicilərə xoş ovqat bəxş edib.
Verilişdə nümayiş etdirilən maddi-mədəniyyət nümunələri İsmayıllının tarixini, müxtəlif sənətkarların bacarıq səviyyəsini əyani göstərə bilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz