“Salamat qal, ana Vətən!”

“Salamat qal, ana Vətən!”    İndiyədək çox yazı işləmişəm, çox məqalə, oçerk, şeir, poema, nələr… nələr yazmışam, çap etdirmişəm. Amma belə çətin, belə mürəkkəb, belə can üzən, belə ürək gəzən mövzuya rast gəlməmişdim. Bir sözlə, belə ağır yükün altına girməmişdim.
Bu, bir şəhidin ömür yoludur. Bu, məktəb dövründən, tələbəlik illərindən, universitet həyatından, Vətənə xidmətin ilk aylarından başlayaraq taleyinə ayrılıq, hicran düşən, ən nəhayət, “şəhidlik” zirvəsinə ucalan 21-22 yaşlı bir gəncin – Mikayıl Yaqub oğlu Vahabzadənin yarımçıq ömründən bəhs edən, son dəfə dilində “Salamat qal, ana Vətən”! deyən bir gəncin hekayətidir.
“Salamat qal, ana Vətən!”
İndiyədək çox yazı işləmişəm, çox məqalə, oçerk, şeir, poema, nələr… nələr yazmışam, çap etdirmişəm. Amma belə çətin, belə mürəkkəb, belə can üzən, belə ürək gəzən mövzuya rast gəlməmişdim. Bir sözlə, belə ağır yükün altına girməmişdim.
Bu, bir şəhidin ömür yoludur. Bu, məktəb dövründən, tələbəlik illərindən, universitet həyatından, Vətənə xidmətin ilk aylarından başlayaraq taleyinə ayrılıq, hicran düşən, ən nəhayət, “şəhidlik” zirvəsinə ucalan 21-22 yaşlı bir gəncin – Mikayıl Yaqub oğlu Vahabzadənin yarımçıq ömründən bəhs edən, son dəfə dilində “Salamat qal, ana Vətən”! deyən bir gəncin hekayətidir.
… İyun ayının ilk günləridir. Mən 2016-cı ilin məlum aprel hadisələrində torpaqlarımızın azadlığı uğrunda Tərtər bölgəsində qəhrəmanlıqla şəhid olmuş Mikayıl (onu qrup yoldaşları həmişə Mikoş deyə çağırardılar) Vahabzadənin elə həmin ildə ali məktəbi bitirərək, fərqlənmə diplomu ilə məzun olduğu Sumqayıt Dövlət Universitetindəyəm. Burada elə bil hər yer, hər şey, hamı sükuta qərq olub. Boynu bükük qərənfillər, xəcalətdən qıp-qırmızı qızaran qızıl güllər, məğrurluqdan başını uca tutan şam ağacları və s. elə bil dünənki tələbəsinə bu gün də yas tutub, tam sükuta dalıblar. Elə mən özüm də bir anlığa bu həyatı yaşayıram…
Bir az sonra universitetin humanitar məsələlər üzrə prorektoru, texnika elmlər namizədi, dossent Ramiz Hüseynovla həmsöhbət oluram. Bu söhbəti olduğu kimi verirəm:
– Mən Mikayılın müəllimi olmuşam. Fizikadan ona dərs demişəm. Bilirsiniz, necə canlara dəyən oğlan idi?! Ona rəhmət deməyə adamın dili gəlmir. Auditoriyada hamı onu özünə dost, sirdaş, qardaş hesab edirdi. Telefonumda onun adı da var, mobil nömrəsi də. 2013-cü ildə ad günümdə birdə gördüm ki, gecə saat 1-ə 5-10 dəqiqə işləmiş mənə zəng gəldi. Baxdım ki, Mikayıldır. Telefonda yazmışdı: “Salam, Ramiz müəllim, necəsiniz? Ad gününüzü ürəkdən təbrik edirəm. 100 yaşayasınız!”.
Doğrusu bilmirdim ki, o məni bu qədər sevir. Bu gecə elə bil o dünyanı mənə bağışlamışdı. Onun həssaslığına qibtə etdim.
Amma şəhid olması xəbərini eşidəndə həm qürurlandım, həm də kədərləndim. Qürurlandım ona görə ki, o Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda canından keçmişdi. Kədərlənirdim ona görə ki, onun əsl həyatı, gəncliyi el-obaya, xalqa xeyir verməyi hələ qabaqda idi.
Nə isə… İlində mən də bir çox yoldaşlarla onun torpağa tapşırıldığı İsmayıllı rayonunun Maçaxı kəndinə getmişdim. Doğrudur, ata-anasına, onu sevənlərə nə qədər təsəlli versək də onları sakitləşdirə bilmirdik. Axı, onlar belə bir hünərvər, mərifətli, qanacaqlı, ali savadlı, mətin, mübariz bir oğul yetişdirmişdilər. Amma sonradan bu təmtərağı, bu hörmət, izzəti görən valideynlər özləri də onun haqq işini, Vətən daşı olmağını etiraf etdilər.
Tamela Əhmədova (Universitetin fizika-elektroenergetika fakültəsinin dekanı, texniki elmlər namizədi, dosent):
– Xalqımızın necə də cürətli, mərd, mübariz, bu Vətəni canından əziz sevən oğulları var imiş? Bunlar dünən də olub, bu gün də var, sabah da olacaqlar. Universitetimizin məzunu, hamının ürəkdən sevdiyi, həmişə təhsildə və təlim-tərbiyədə hamıya nümunə olan Mikayıl Vahabzadə bax, belə oğullardan idi. Elə bil o yenə gözlərim önündədir, dərs danışır. Yenə də auditoriyadakı 30 nəfər tələbənin bütün fikir və duyğuları ona zillənib. O danışır, mövzunu geniş izah edir, biz isə dinləyirik.
Heyif ki, o, çox tez, çox erkən, hələ gəncliyinin, arzularının bar-bəhərini görmədən, duymadan, bilmədən getdi aramızdan. Heyf… Heyf ki, Mikayıl müəllim adını doyunca eşitməmiş, belə tez getdi həyatdan? Sevimli şairimiz Musa Yaqub belə oğulların həyatdan kam almadan getməsini bədii surətdə belə nəzmə çəkmişdir:
Г‡ox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.
Heyf ki, o çox erkən gen düşdü bizdən. Allah ona qəni-qəni rəhmət eləsin.
Fizika və elektroenergetika fakültəsinin rektoru – akademik məsləhətçisi Xədicə İsmayılovanın dediklərindən:
– Mikayıl Vahabzadə qrupumuzun fəxri, qızların və oğlanların dilinin əzbəri, könüllərin xoş xəbəri idi. Onsuz bir məclis, bir yığıncaq, bir toy-bayram keçməzdi. Hər dəfə məclisin başında oturardı. Onun bir oynamağı, bir qol-qanad açmağı var idi ki, adam baxanda ağzı aralı qalırdı. Sevincindən bilmirdi ki, nə etsin. Vaxtsız ölüm onu bizə çox gördü. Onun da, bizim də nə qədər arzularımız ürəyimizdə qaldı. Heyf ki, o çox erkən getdi aramızdan.
Burada bir haşiyəyə çıxıram: Mən dekanatlıqda olarkən, Tamella xanıma dedim ki, Mikayılgilin qrup rəhbəri Xədicə müəllimənin də ürək sözlərini dinləmək istəyirəm. Elə bu dəm qapının ağzında bənizi bir qədər solğun, dili sanki lal kimi, gözəl-göyçək, gənc bir müəllimə dayandı. Tamella müəllimə onun Xədicə İsmayılova-qrup rəhbəri olduğunu dedikdə mən ona dərindən diqqət yetirdim. Handan-hana o, dedi ki, Mikayıl qəlbimizə hakim kəsilmişdi. Tək mənim yox, qrupumuzdakı bütün qızların və oğlanların. Adam da bu qədər özünü istədər? O, insanlara, Vətənə, tələbə dostlarına, el-obaya nə qədər sadiq idi?…
Hər an onu düşünəndə yadıma xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları düşür:
Heyranam qəlbinə insanların mən,
Orda nifrət də var, məhəbbət də var.
Hansını qazansan səbəb özünsən,
Onlar nə taledə, nə qismətdə var.
Yox! Yox…! Onun qəlbində heç kimə, heç nəyə qarşı nifrət yox idi. Onun qəlbi başdan-başa məhəbbətlə dolu idi. Sənə, mənə, ona, hamıya qarşı olan məhəbbət. Onun adı gələndə doğrusu mən sarsılıram. Bu onun sonsuz məhəbbətindəndir. Hiss edirdik ki, Vətən məhəbbəti onda hər şeydən üstündür. Ona görə də büllur kimi bu saf məhəbbəti, bu üstünlüyü qurban verdi o, bu Vətənə.
Eh, Mikayıl…Mikayıl! Görəsən tarix bir də səndən yetirəcəkmi!? Bir də analar Mikayıl adlı belə qeyrətli, namuslu, elsevər, vətənpərvər oğullar doğacaqlarmı?
Mən onu dünyaya gətirən, təlim-tərbiyə verən valideynlərə çox sağ olun-deyirəm! İldən-ilə bilik və bacarığının yüksəlməsinə, hər işdə nümunəvi olmasına bu qədər yorulmadan çalışan müəllimlərinə də hər zaman əhsən söyləyirəm! O, təkcə bizim universitetin yox, bütün İsmayıllı rayonunun unudulmaz övladı, doğma Azərbaycanın böyük fəxri idi.
Amma sözarası Xədicə müəllimə bunu da bildirdi ki, hər Mikayılın adı çəkiləndə onun gözləri dolur, istər-istəməz donub yerində qalır. Bayaq mən bunu onun qapı arasındakı vəziyyətindən də hiss etmişdim.
İslam İslamov (fizika və elektroenergetika fakültəsinin müəllimi, texnika elmlər namizədi, dosent):
– Mikayıl Vahabzadə haqqında danışmaq mənə həm çətindir, həm də şərəfli. Г‡ətindir ona görə ki, gəncllik illərindən bütün səy və bacarığını elmə, təhsilə, biliyə, əməyə sərf edən, insanları, Vətəni sevməyə bu qədər aludə olan bir oğlanın belə tez bir zamanda həyata əlvida deməsi adamın daxili aləmini pərən-pərən eləyir. Şərəf duymağım isə onun Vətən yolunda, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bu qədər mərdliklə vuruşması, düşməni neçə kilometrlərlə geri oturtmasıdır. Eşq olsun, onun özünə də, yoldaşlarına da, komandirlərinə də!
Atalar necə də gözəl deyiblər: “İgid ölər, adı qalar, müxəmmətin nəyi qalar?”. Bəli, Mikayıl kimi qəhrəman oğullar universitetimizin həyatında, bütün Azərbaycan gənclərinin qəlbində həmişə yaşayır və yaşayacaqlar.
Sərdar Abasquliyev (Sumqayıt şəhərindəki “Dan ulduzu” şadlıq sarayının direktoru):
– Mikayıl mənim ən çox istədiyim uşaqlardan idi. Onu öz oğlum kimi sevirdim. Burada işlədiyi 2 ildən çox bir vaxtda o, özünü həmişə çox vüqarlı, təlim-tərbiyəli, təmiz, səliqəli, sakit və mehriban bir gənc kimi nəzərə çarpdırmışdı. Hər toy məclisində 15-20 nəfər ofisiantın iştirak etməsinə baxmayaraq, o, həmişə, hər işdə başqalarından fərqlənirdi. Öz stoluna xidmət etdiyi kimi, başqa stolları da heç vaxt gözdən qoymazdı. Nə iş, nə vəzifə tapşırırdıqsa, həmişə baş üstə,- deyib işinə davam edərdi. Bu şadlıq sarayı sanki onların 2-ci universitetləri idi. Burada çalışanların hamısı tələbə idi. Mən bilirdim ki, onlar universitetdən çıxan kimi birbaşa bura gəlirlər. Ona görə də çatan kimi deyirdim: tələbələrə yemək verin, qoy qəlyanaltı etsinlər ki, işdə yorulmasınlar. Axı, fasiləsiz 5-6 saat onlar ayaqüstə dururdular.
Bir dəfə Mikayılın ad günü idi. Məclis qurtarandan sonra bu ad gününü çox təmtəraqlı keçirtdik. Adına tort hazırlatmışdım. Bu tortun kəsilməsində buradakılarla yanaşı, onun digər tələbə yoldaşları da iştirak edirdilər. O gün hamımız doyunca yedik, içdik, rəqs etdik. Axırda Mikayıl Vahabzadəyə ürəkdən gələn bu arzumu bildirdim: – “Mikayıl, o gün olsun ki, sənin toyun olsun. Bu toyda mənimlə birlikdə buradakıların hamısı iştirak etsin, qol götürüb doyunca oynasın”.
Hər məclisdən sonra biz bir yerə toplaşıb öz aramızda süfrə açardıq. Mən onların bir növ mənəvi atası sayılırdım. Onlar ürək qızdırıb hər sirlərini mənə açardılar. Axı, onlar həm oxuyur, həm işləyir, həm də pul qazanırdılar. Hətta, kirayədə qalanlar, kirə pulunu da buradan qazanıb ödəyirdilər. Hələ bu harasıdır?! Eşitmişdim ki, Mikayıl arabir evlərinə pul da yollayır. Bax, Mikayıl belə ata-ana sevən, belə təəssübkeş oğlan idi.
Əsgər getmək ərəfəsində onun adına məclis qurduq. Hamımız ona xeyir-dua verdik. Cibinə pul da qoydum. Sağ-salamat qayıdıb gəlməsini, öz müəllimlik peşəsini davam etdirməsini arzuladıq. Bilirdik ki, o, pedaqoji təcrübəsini şəhərin 13 nömrəli məktəbində keçdiyinə görə yaxşı işini bəyənib, ona söz vermişdilər ki, qayıdıb gələndən sonra bu məktəbə müəllim götürəcəklər.
Г‡ox təəssüf ki, Tanrı onun da, bizim də arzularımızı ürəyimizdə qoydu. Bir gün eşitdik ki, Mikayıl şəhid olub. Г‡ox mütəəssir oldum. Mən bir sutka özümə gələ bilmədim. Ertəsi günü kollektivimiz 3 maşına əyləşərək onun dəfnində iştirak etməyə yollandıq. İlahi, o gün nə ağır gün idi?! O günü yer-göy, dağ-dərə, çöl-çəmən, güllər belə ağlayırdı. Biz nə qədər atası Yaqub kişiyə, anası Rumiyyə xanıma təsəlli versək də, onların gözlərindən leysan kimi yağan göz yaşları kəsilmək bilmirdi. Dedik ki, Allah sizə səbr versin.
Emil Salamov (“Dan ulduzu” şadlıq sarayının inzibatçısı):
– Mən uzun müddət Mikayılla bir yerdə çalışmışam. O, hər sahədə etimadı doğruldurdu. Bəzən hətta mən olmayanda, mənim işimi də o davam etdirirdi. İşdə çox tələbkar, çevik, səliqəli və mehriban idi. Xidmət etdiyi stolun qonaqları bir qayda olaraq ondan razılıq edərdilər. Bir neçə nəfər ofisiantı da o, özü ilə universitetdən gətirmişdi. Onlar elə bil seçmə uşaqlar idi. Hər şeydə fərqlənirdilər.
Son günlər əsgər getməkdən söz düşəndə deyərdik: Mikayil, bəlkə bir il keçsin müəllim işlə, sonra gedərsən. O isə cavabında deyirdi: “Nə danışırsınız, mən əla oxuyub, diplomu da hamıdan qabaq almışam ki, yoldaşlarım arasında hərbi xidmətə birinci yola düşüm. Axı, indi Vətənin bizim kimi gənclərə böyük ehtiyacı var. Mən getməsəm, sən getməsən, o getməsə, bəs bu Vətən onda kimə arxayın ola bilər?! Getməliyəm, qardaş! Başqa yol seçə bilmərəm”.
Bəli, işdə heç kimi darda qoymayan Mikayıl Vətəni də darda qoymadı…
Yeri gəlmişkən deyim ki, hər gün Mikayılla birlikdə Ceyhun, Xəyyam, Orxan və başqaları bəylə gəlinin “vağzalı” sədaları altında şadlıq sarayına daxil olduqlarını görəndə bilirsiniz bu gənclər nə qədər sevinir, nə qədər həyəcan keçirirdilər?! Onların qəlblərində nə qədər bitib-tükənməyən arzuları var idi?!.
Г‡ox təəssüf ki, bunlar Mikayıl Vahabzadəyə qismət olmadı. O, bütün arzusunu, sevgi və məhəbbətini, məğrurluğunu, vüqarlığını ancaq bu Vətənə-Azərbaycana qurban etdi. Belə oğullar heç zaman ölmürlər. Həmişə onlar eldən-elə gəzir, ürəydən-ürəyə yol açır, dildən-dilə dolaşırlar.
Haşiyə: Mən hələ başqa yerləri demirəm, təkcə Sumqayıt Dövlət Universitetində və “Dan ulduzu” şadlıq sarayında şəhid Mikayıl Yaqub oğlu Vahabzadə haqqında nə qədər saysız-hesabız xatirə söyləyən, nə qədər onun üçün yanıb-yaxılan gənclər gördüm. Nə qədər onun üçün könlündə yas saxlayanlar var. Onların bəziləri çox vaxt üzdən deyib-gülsələr də, qəlblərinin qaysağı hələ getdikcə bir az da dərinləşir. Hiss olunur ki, min həvəslə “Mikoş” dedikləri Mikayıl Vahabzadə cismən onlardan uzaqlaşdıqca, mənən həmişə onlara yaxındır. Yenə deyib-gülür, şeir deyir, dərd-sərlərinə şərik olmağa çalışır. Yaxşı ki, dünyada belə oğullar var.
E“Salamat qal, ana Vətən!”    ıl gül qədər ömür sürən Mikayıl Yaqub oğlu Vahabzadəyə dair öz hıcqırıqlarımı mən də bu yazı boyu boğa bilmirdim. Xalq şairi Süleyman Rüstəmin bu misraları ilə ürəyimi az da olsa boşaltmağa çalışdım:
Yıxdı can evimi, aman ayrılıq,
Hicranı ölümdən yaman, ayrılıq.
Nə qədər sən varsan, – deyərdim varam,
Saldı aramıza zaman ayrılıq,
Ayrılıq, ayrılıq, aman, ayrılıq!
Allah rəhmət eləsin, qəbrin nurla dolsun, ey hamının sevimlisi və əzizi olmağı bacaran, Mikayıl!
İldırım Dəmirli
“Qızıl qələm” mükafatı laureatı, MŞ Ahıl Jurnalistlər Məclisinin üzvü
İyun, 2017-ci il
(Şəhid Mikayıl Vahabzadəyə həsr olunmuş “Maçaxılı şəhid Mikayıl” kitabı üçün)

Şərh Yaz