Hüquqi maariflənmə vacib məsələdir

Hüquqi maariflənmə vacib məsələdir   Ölkədə, eləcə də İsmayıllı rayonunda ailə zorakılığı, milli azlıqların və miqrantların hüquqlarının qorunması, yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası üzrə görülən işlərin vəziyyəti aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunur, bu istiqamətdə işlərin daha səmərəli təşkili üçün əlavə tədbirlərin həyata keçirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri may ayının 31-də İsmayıllı Rayon Polis Şöbəsində keçirilib.
Aktuallığı ilə diqqət çəkən bu tədbirdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cavanşir Hüseynov, şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Rauf İsmayılov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Murad Məhərrəmov, Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov RİH-nin psixoloqu Bəhruz Xələfov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Azad Şahalıyev, Rayon Təhsil Şöbəsinin metodisti Ramiz Baloğlanov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov iştirak edib.
Hüquqi maariflənmə vacib məsələdir   Tədbiri R.İsmayılov açıb. Qonaqları salamlayaraq şəxsi heyətə təqdim edib.
Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Tural Abumüslümov “Ailə zorakılığı”, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Rahim Orucov “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozulmalarının profilaktikası sahəsində görülmüş işlərin vəziyyəti” barədə çıxış ediblər.
Tədbirdə M.Məhərrəmov, L.Əliyeva adı gedən mövzularla bağlı rayondakı vəziyyət barəsində fikirlərini söyləyiblər.
Yekunda R.İsmayılov “Hüquqi dövlətdə milli azlıqların hüquqları” mövzusunda çıxış edib. Bu sahədə şöbə tərəfindən görülən işlər barəsində məlumat verib. Bu qəbildən olan tədbirlərin vaxtaşırı keçirilməsinə ehtiyac olduğu bildirilib.
Leyla Nadirqızı

Şərh Yaz