Əvəz Küskün –“ 75

Əvəz Küskün –“ 75         Yaqubov Əvəz Sarı oğlu 1942-ci ilin iyul ayının 1-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay Kənd Təsərrüfatı Texnikumunu bitirib. Uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində çalışıb.
Bu günlərdə 75 yaşına yetən, erkən yaşlarından poeziyaya bağlanan həmyerlimiz “Payız çiçəyi” adlı şeirlər kitabının müəllifidir. O “İsmayıllı Yazarları” ictimai birliyinin ağsaqqal üzvlərindəndir.
Qələm dostumuzu təbrik edir, ona həyatda və yaradıcılıqda uğurlar arzulayırıq.

Ömrümüz
İstəmirəm şöhrət, nə də ki, varı,
Bəsimdir, tapmışam sən təki yarı.
Ömrümüz sevinclə keçəydi barı,
Büdrəyib dəyməsin daşa ömrümüz.

Qoşa yaşayaq biz, qoşa ölək biz,
Neynirəm, dünyanı, həyatı sənsiz?
Mən sahilin olum, sənsə bir dəniz,
Xəzər təki coşub daşa ömrümüz.

Ayrılıq sözündən qorxduq, titrədik,
Nəyi axtarırdıq, nəyi itirdik.
Г‡içək istəyirdik, qanqal bitirdik,
Barı getməyəydi boşa ömrümüz.

Г‡ox tez ötür illər, tez keçir əsir,
Dünya düşərgədir, insanlar əsir.
Bilmirəm bu dünya hara tələsir,
Nə tez gəlib çatdı başa ömrümüz.

Elə bilməyin ki, yanıb, sönmüşük,
Ömür yollarında çox şey görmüşük.
Aylardan, illərdən hörgü hörmüşük,
Dayanıb qala tək qoşa ömrümüz.

Olmuşam

Zəmanə çəkibdi sınağa məni,
Qəm seli atıbdır qırağa məni.
Gör kimlər salıbdır qınağa məni,
Öz doğma elimdə köçkün olmuşam.

Ayrılıq dərdinə qalmayıb tabım,
İtmişləri necə axtarım, tapım?
Getdi Qarabağım, bağlandı qapım,
Ayrılıq dərdindən, üzgün olmuşam.

Bütün insanların vardır günahı,
Nahaq günahlara dözmək günahı.
Bilmədən etmişəm, mən də günahı,
Hər zaman həyatda düzgün olmuşam.

Nə qədər ki, vaxt var, bülbülüm, oxu,
O keçən günlərim sanki bir yuxu.
Ömürə nə qalıb, keçibdir çoxu,
Elə bil dünyada üç gün olmuşam!

Həqiqətlərdən çox görmüşəm yalan,
Heç zaman halıma olmayıb yanan.
Sahibsiz bağ kimi olmuşam talan,
Odur ki, həyatdan küskün olmuşam.

Soraqla məni

Səhərlər oyanıb, günə baxanda,
O nurlu günəşdən, soraqla məni.
Gözümün önündə güzgülənəndə,
O mavi gözündən soraqla məni.

Yazın gəlişindən, güldən, çiçəkdən,
Gülün üstündəki şeh düzümündən.
Ağac budağından, gül ləçəyindən,
Şehli bənövşədən soraqla məni.

Yazın nəfəsindən qar əriyəndə
Yarpızlar partlayıb, düymələyəndə,
El köçü arandan dağa köçəndə,
O el köçlərindən soraqla məni.

Yaşadım dünyada bir insan ömrü,
Yaşadım, bilmədim heç nədən ötrü.
Mən bir yol keçənəm, dünyasa körpü,
Körpüdən keçəndə soraqla məni.

Nə gözəl yaraşır bu dağlara qar

Bizə qonaq gəlib bəyaz bir sona,
Təbiət bürünüb ağappaq dona.
Qorxuram soyuqdan ağaclar dona,
Kəpənəktək qonur budağlara qar,
Nə gözəl yaraşır bu dağlara qar…

Əzəldən yaranıb dağlar vüqarlı,
Güneyi çiçəkli, quzeyi qarlı,
Yay olur sinəsi qonaq qaralı.
Milyon il yerində tutubdur qərar,
Nə gözəl yaraşır bu dağlara qar…

Hər fəslin öz yeri, öz gözəlliyi,
Baharın gül ətri, meh sərinliyi,
Payız yarpaq tökür, var həzinliyi.
Saralmış donunu soyur ağaclar,
Nə gözəl yaraşır bu dağlara qar…

Bu gözəllikdən kövrəldim mən də,
Təbiət könlümü salıb kəməndə.
Sərin bir gizilti keçdi sinəmdən,
Dedim bu gözəllik haralarda var?
Nə gözəl yaraşır bu dağlara qar…

Qaytar mənə sözümü

Dilimin sözündəsən,
Qəlbimin özündəsən.
Olsan da çox uzaqda,
Sən mənim özümdəsən.

Yuxularda görürəm,
Saçlarını hörürəm.
Oyananda yuxudan,
Özümü tək görürəm…

Darıxmışam, qayıt gəl,
Ürəyimi ovut gəl.
Məhəbbətdən yananda,
Alovumu soyut gəl.

Sənsiz dünyam qaranlıq,
Г‡aşıb qaldım bir anlıq.
Sənsiz günüm heçnədir,
Məni sıxır tənhalıq.

Yolda qoyma gözümü.
Tez gəl, göstər özünü.
Həsrətindən dəliyəm,
Qaytar mənə özümü!

Qurban olum

Yumruq boyda ətdən olan,
Dünya dolu dərddən olan.
Qayda, nizam həddə olan,
Dünyasına qurban olum.

Gecə-gündüz durmur, vurur,
Qan boşalır, qanla dolur.
Görən necə, heç yorulur?
Zəhmətinə qurban olum.

Varlığını bilməz idim,
Yoxluğunu bilməz idim.
Ağrısını bilməz idim,
Ağrısına qurban olum.

Qoydu məni yarı yolda,
Ağrı beldə, ağrı qolda.
Aciz qaldı kardioloqa,
Dəvasına qurban olum.

Ümid yoxdur daha ona,
Fəaliyyəti yetir sona.
Az qalır ki, qanım dona,
Ümidinə qurban olum.

Deyəsən…

Ömür necə keçir, gün necə keçir,
Günləri saatlar döyür deyəsən.
Ayları, illəri vaxt necə biçir,
Dünya məhvərindən qopur deyəsən.

Sanardım bədənim dəmir kimidir,
Gör necə yumşalıb, xəmir kimidir.
Qaralıb bədənim, kömür kimidir,
Damarımda qanım donur deyəsən.

Dağ çayları kimi aşıb-daşardım,
Qayğısız, kədərsiz, xoşbəxt yaşardım.
Nəyi bacarmadım, nəyi bacardım,
Qalmayıb bacarıq, qürur deyəsən.

Zamanın önündə bir zərrəciyəm,
Nədən sevindim ki, nədən inciyəm?
Haqqım yox inciyim, axı nəçiyəm?
Zaman köhlənini çapır deyəsən.

İndi haradadır, mən-mən deyənlər?
Halalı-harama qatıb yeyənlər.
Zorluyam deyənlər, aciz döyənlər,
Acizlər zorlunu döyür deyəsən.

Zaman hər bir şeyi yerbəyer eylər,
Könlüm keçənlərə bir güzar eylər.
Qarabağ dərdindən, ahu-zar eylər,
Qələbə günləri çatır deyəsən.

Şərh Yaz