80 ilin işığında

80 ilin işığında
Mən elə bir süfrə açdım ki, əhli aləmə,
Ondan min zövq artıran hər türlü nemət düzmüşəm.
Kim gəlir gəlsin aparsın, hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.
M.Füzuli

İstedadlı şair, gözəl insan, yaxın dost, Musa Yaqubun anadan olmasının 80 illiyi tamam oldu. Poeziya həvəskarları bu xoş günü böyük sevgi ilə qeyd etdi. Onun yaradıcılıq yolu haqqında yazmaq çoxdankı arzum idi. Özümüzü tanıyandan onunla həmişə bir yerdə olmuşuq. Yaşadığım Sumağallı kəndi Buynuz kəndi ilə qunşudur. Aramızdan Göyçay çayı axır. Xeyir-şərimizi bir yerdə bölmüşük. Şair haqqında yazmağa başlayanda qəlbimdə bir məsuliyyət hissi də baş qaldırdı. Axı mən şəxsiyyəti və poeziyası sahilləri görünməyən ümman olan bir şairin keçdiyi həyat yolundan yazmalıydım. Musa müəllim sözdən qənaətlə istifadə edən, onu zərgər dəqiqliyi ilə düzən ustad sənətkardır. Ona görə də şeirlərində bircə sözün, ifadənin yerini eyni məna verən sinonimi ilə əvəz etmək belə mümkün deyildir. Yazının əvvəlində ustad sənətkar M.Füzulinin fəxriyyəsindən əbəs yerə misal çəkmədim. Musa Yaqub da söz sənətindən elə bir süfrə açmışdır ki, bu aləmə açdığı gen süfrənin çeşid-çeşid nemətlərindən kimliyindən asılı olmayaraq hər kəs faydalana bilər.
80 ilin işığında
Mən elə bir süfrə açdım ki, əhli aləmə,
Ondan min zövq artıran hər türlü nemət düzmüşəm.
Kim gəlir gəlsin aparsın, hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.
M.Füzuli
İstedadlı şair, gözəl insan, yaxın dost, Musa Yaqubun anadan olmasının 80 illiyi tamam oldu. Poeziya həvəskarları bu xoş günü böyük sevgi ilə qeyd etdi. Onun yaradıcılıq yolu haqqında yazmaq çoxdankı arzum idi. Özümüzü tanıyandan onunla həmişə bir yerdə olmuşuq. Yaşadığım Sumağallı kəndi Buynuz kəndi ilə qunşudur. Aramızdan Göyçay çayı axır. Xeyir-şərimizi bir yerdə bölmüşük. Şair haqqında yazmağa başlayanda qəlbimdə bir məsuliyyət hissi də baş qaldırdı. Axı mən şəxsiyyəti və poeziyası sahilləri görünməyən ümman olan bir şairin keçdiyi həyat yolundan yazmalıydım. Musa müəllim sözdən qənaətlə istifadə edən, onu zərgər dəqiqliyi ilə düzən ustad sənətkardır. Ona görə də şeirlərində bircə sözün, ifadənin yerini eyni məna verən sinonimi ilə əvəz etmək belə mümkün deyildir. Yazının əvvəlində ustad sənətkar M.Füzulinin fəxriyyəsindən əbəs yerə misal çəkmədim. Musa Yaqub da söz sənətindən elə bir süfrə açmışdır ki, bu aləmə açdığı gen süfrənin çeşid-çeşid nemətlərindən kimliyindən asılı olmayaraq hər kəs faydalana bilər.
Torpaq müqəddəsdir, torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu səs.
O, ürək kimidir, satıla bilməz,
Vətəndir, atadır, anadır torpaq.
Hər birimiz üçün müqəddəs sayılan torpaq müqəddəs babalarımızdan bizə qalan əmanətdir. O əmanəti qoruyub saxlamaq hər birimizin borcudur. Əks halda babalarımızın ruhu rahat ola bilməz.
Ürəksiz yaşamaq mümkün olmadığı kimi, torpaqsız da yaşamaq mümkün deyil. Torpaq ana, göylər isə ata misallıdır. Onun üçün də onların hər ikisi bizim üçün müqəddəsdir.
Musa Yaqub Vətəndaş şairdir. Doğma yurdumuzun gözəl təbiəti, əzəmətli dağları, sərin bulaqları, zümrüd meşələri onun ilham pərisidir.
Öz payıma bir qarış yer götürsəm,
O qarışı ruhum ilə bitirsəm.
Mamırlanıb daşımı da itirsəm,
Doymaz gözüm, doymaz yenə bu eldən.
Fikirləşirsən ki, İlahi, insanın qəlbində nə qədər böyük Vətənpərvərlik hissi olarmış.
Şair nə qədər öz elinin, yurdunun vurğunu olarmış…
Ədəbiyyatımıza gəlişi 1950-ci illərdə Göyçay Pedaqoji Texnikumunda oxuyarkən rayon qəzetində dərc etdirdiyi ilk şeiri ilə başlamışdır. Həmin illərdə xalq şairi Səməd Vurğunun 50 illik yubileyi ilə bağlı ölkəmizdə geniş miqyaslı tədbirlər keçirilirdi. Göyçay pedaqoji Texnikumunda da belə bir yaradıcılıq gecəsi keçirilir. Musa elə bil ki, tamam başqa bir aləmə düşmüşdü. Görkəmli aktyorumuz Müxlis Cənizadənin tədbirdə S.Vurğun haqqındakı parlaq çıxışı elə bil onun fitri istedadını oyatmışdı. Bundan sonra yoldaşları onu həmişə xəyal dünyasına dalmış görərdilər. Elə bil qarşıdakı Musa əvvəlki Musa deyildi. İstedadlı şairimiz ədəbiyyata şeirlə gəlsə də, onun çoxsaylı şeirləri olsa da onu oxuculara tanıdan “İki qəlb, iki dünya” poeması oldu. Şairin qeyd etdiyi kimim poemanın çap olunmasında çox böyük çətinliklərlə üzləşdi. Onu yaxından tanıyanların təkidi ilə poemanın əlyazmasını xalq şairi Məmməd Rahimə göndərir. Müsbət cavab alacağına heç də əmin deyildi. Г‡ox keçmir ki, əlyazma müəyyən düzəliş və qeydlərlə iri bir kanvertə qoyulur və yenidən işlənməsi üçün müəllifinə göndərilir. Məktubunda şair poemanın bəyənildiyini bildirirdi. Musa Yaqub poemanı yenidən işləyir və şəhərə gedərək onu Məmməd Rahimə təqdim edir. Poema “Azərbaycan gəncləri” qəzetində dərc olunmalı idi. Qaydaya görə poemanın əlyazması baxılması üçün Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinə göndərildi və yazı senzuradan keçmədi. Əsərdə o zaman Moskvada keçirilən musiqi festivalından bəhs olunurdu. Poemada Azərbaycandan olan Azad adlı gənc oğlanla, Cənubi Azərbaycanlı qız – Gülşənin bir-biri ilə tanışlığından və onların keçirdiyi qarşılıqlı sevgi hisslərindən söz açılırdı.
O zamanlar Rusiya ilə İran arasında soyuq münasibətlər hökm sürürdü. Odur ki, İran festivala nümayəndə göndərməmişdi. Bunu əsas tutaraq senzurist əsəri geri qaytarmışdır. Yenə xeyirxah insanların işə müdaxiləsi ilə göstərilən iradları dəyişməklə poemanın çapa verilməsinə razılıq alındı. Əsər yenidən işlənib Cənubi Azərbaycanlı qız – Gülşənin Təbrizdə doğulduğunu, lakin sonralar Almaniyaya gedərək oranın daimi vətəndaşı olması təsvir olunmalı idi. Əsərdə Gülşən Almaniya vətəndaşı kimi festivala qoşulur.
Şair göstərilən iradları nəzərə almaqla poemanı yenidən işləyib və onun əlyazmasını redaksiyaya təqdim etdi. Əsərin yaxın vaxtlarda dərc ediləcəyi bildirilir. Bundan sonra şairin narahat günləri bir-birini əvəz edir. Nəhayət, altı aydan sonra bir də şəhərə yollanır və redaksiyada nə qədər axtarsalar da poemanın əlyazmasını tapa bilmirlər. Onun qaralama variantı da qalmamışdı. Bu dəfə şairin möhkəm yaddaşı və hafizəsi onun köməyinə gəlir. Musa müəllim əsəri əzbərdən bildiyi üçün redaksiyada oturub gecəni-gündüzə qatıb poemanı yenidən işlədi və onu şöbəyə təqdim etdi. Nəhayət, narahat günlər, yuxusuz gecələr arxada qaldı. Poema “Azərbaycan gəncləri” qəzetinin 1959-cu il mart ayında dalbadal çıxan dörd sayında dərc olunub oxuculara çatdırıldı.
Şairin ilk şeirlər kitabı ”Yarpaqlar oxuyur” adı ilə 1966-cı ildə nəşr olundu. Onda mən Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin II kursunda, Musa müəllim isə V kursunda oxuyurdu. Bakının “Vətən” kinoteatrının yanında kitab pasajı mağazası yerləşirdi. Orada kitablardan bir neçəsini aldım. Kitab əldən ələ gəzir. Qısa bir zamanda kitab satılıb qurtarmışdı.
İlk kitabının adı da simvolik məna daşıyır. Bu şeirlər hələlik yarpaq misallı idi. Bunlar ya yarpaq kimi tökülüb torpağa qarışmalı, ya da ki həmişəlik yaşıl qalacaq, onların yerində yeni pöhrələr, budaqlar yüksəlib ətrafa çətir salacaq.
Şairin istedadı və səyi ilə indi onun poeziyası qollu-budaqlı, əzəməti ilə hər kəsi valeh edən qocaman bir çinar ağacını xatırladır. İlk şeirlər kitabına daxil olmuş şeirləri daha çox təbiət mövzusuna həsr olunub.
Lalə şeirində oxuyuruq.
Utancaq gəlin tək çəkinib əvvəl,
Bürünər bir yaşıl duvağa lalə.
Yırtıb örpəyini baş qaldıranda,
Bənzər təbəssümlü dodağa lalə.
Şeirdə lalənin təsviri o qədər realdır ki, şeiri oxuyan hər kəs özünü erkən yazda təbiətlə üz-üzə, laləli çəmənliklərdə hiss edir.
Şairin sayca ikinci kitabı 1970-ci ildə “Bu məhəbbət yaşadar məni” adı altında işıq üzü gördü və oxucuların məhəbbətini qazandı.
Doğma elinə, obasına, vətəninə, əməksevər insanlarına, əlvan təbiətinə olan sonsuz məhəbbət onu yaşadır və böyük uğurlara səsləyir. Bu doğrudur ki, şairin yaradıcılığında təbiət mövzusu üstünlük təşkil edir, lakin, o, təbiəti insanlar olmadan təsəvvür etməyib. Təbiət insan nəfəsi ilə isindikdə üzümüzə gülür.
Üstündən sehirli küləklər əsən,
Meşələr öyrətdi dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən,
Г‡inarlar uzadıb əlini mənə.
Məlumdur ki, çinar dedikdə şair çətin anlarında ona kömək əlini uzadan, onun hayına gələn çinar əzəmətli, çinar qamətli xeyirxah insanları nəzərdə tutur.
Ulduztək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Həyatda ideal insan yoxdur. Hər kəsin yaxşı tərəfləri olduğu kimi, xırda çatışmazlıqları da vardır. Şair insanlarda olan belə nöqsanları bağışlamağa hazırdır.
Şair sözü qəlbinin od kürəsində qovurduqdan sonra şeirə gətirir. Onun üçün də belə şeirlər ürəklərə yol tapıb, onu isindirə bilir.
Qələmə alanda ölüm alışsın,
Təpədən dırnağa od olub yazım.
Sevgi dodağında dad olub yazım…
Bəli, hörmətli şair, sizin dəyərli yazılarınız sizi sevənlərin dilində dad olub, sevən aşiqlər sevgilisinə lal duyğularını sizin şeirlərinizlə bir-birinə çatdırıblar.
Bir neçə il bundan əvvəlki söhbətdir. Mərdəkanda “Günəşli” istirahət mərkəzində idim, axşamlar burada dincələnlər üçün konsertlər verilirdi, şeirlər səsləndirilirdi. Bu şeirlərin çoxu Musa Yaqub yaradıcılığının nümunələri idi. Mən onda bir daha şahidi oldum ki, şairin yaradıcılığına xalqımız tərəfindən böyük önəm verilir. Şairi sanatoriyaya görüşə dəvət etmək qərarına gəldilər. Görüş üçün şair vaxt da təyin etdi. Müəyyən olunmuş vaxtda başqa yazar dostları ilə birgə sanatoriyaya daxil oldular. Məqamında işin təşkilatçısı görüşü bağlı yerdə, bilet satmaqla keçirəcəyini bildirdi. Bunu eşidən sənətkar –“Mən heç zaman oxucularımla bilet satmaqla görüşməmişəm –“ dedi və yoldaşları ilə birgə maşına oturub geri qayıtdılar.
Söz və hikmət xiridarı Nizami Gəncəvinin söz haqqında kəlamını xatırlatmaq istərdim.
Söz hər şeydən əvvəl alıcı istər,
Alıcı olmasa tanınmaz gövhər.
Yazarlar çoxdur. Lakin onların çoxunun yazdıqlarının alıcısı, oxucusu olmadığından yaratdıqları əsərlər istifadə olunmur, unudulur. Bu gün Musa Yaqub poeziyasının minlərcə oxucusu var. Şair onu sevənlərin qəlbində hər zaman yaşayacaqdır. İllər keçəcək, qərinələr ötəcək, qədirbilən xalqımız dəyanətini dağlardan, həzinliyini çeşmələrdən, zərifliyini çiçəklərdən alan yaratdığı inciləri xalqımızın dilində həmişə əzbər olacaqdır. Bu sətirləri yazarkən məşhur Kolumbiya şairi, Nobel mükafatı laureatı Qabriel Qarsi Merkesin həyatının son anlarında yazdığı vida məktubundakı bir fikri xatırladım: Adamlar heç zaman öz qocalıqları haqqında düşünməməlidirlər. Onlar yalnız sevgisi sönəndə qocalırlar. Musa müəllim bu gün də həyatda böyük sevgi ilə yaşayır, yaradır və bizləri gələcək xoş həyata səsləyir.
Ad günün mübarək, hörmətli şair! Ad günün mübarək, əziz dostumuz! O gün olsun ki, sənətinizi qiymətləndirib əziz tutanlar sizin 100 yaşınızı qeyd etməyə toplaşsınlar.
Heydər Xəlilov,
Sumağallı kəndi

Şərh Yaz