İctimai idarəetmədə iştirakçılığın təşviqi

İctimai idarəetmədə iştirakçılığın təşviqi    Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda insan haqları, demokratikləşmə və yaxşı idarəetmənin təşviqi” Proqramını həyata keçirir. Layihə üzrə nəzərdə tutulan fəaliyyətlərin bir hissəsi ölkənin bölgələrində, eyni zamanda İsmayıllıda reallaşdırılır.
İyunun 9-da “Demokratiyanı öyrənmə” ictimai birliyi tərəfindən Proqram çərçivəsində rayonda “İctimai idarəetmədə iştirakçılığın təşviqi” mövzusunda seminar keçirilib.
Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin iclas zalında keçirilən və otuzdan çox ictimai fəalı, ziyalını, ağsaqqalı və gənci əhatə edən tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb. ”Demokratiyanı öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov ictimai təşkilatçılıq haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Məruzəçilər Vüqar Hüseynov və Babək Məmmədov ictimai iştirakçılıq və ictimai şuralar, ictimai təşkilatçılıq anlayışı, ictimai təşkilatçılıq üzrə hüquqi baza, ictimai təşkilatçılığın məqsəd və prinsipləri,i ctimai təşkilatçılığın formatları barədə geniş məlumat veriblər.
RİH başçısı aparatının psixolqu Bəhruz Xələfovun, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarovanın və digərlərinin verdikləri suallar ətraflı cavablandırılıb.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.
Vəfa Hüseynova

Şərh Yaz