Gənc rəssamların sərgisi

Gənc rəssamların sərgisi     25 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May –“ Respublika Gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib.
Əvvəlcə əlamətdar günə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Gülər Abdullayeva açıb. O, gözəl əl işləri ilə sərgiyə gələn gənc rəssamları salamlayıb, onları bayram münasibətilə təbrik edib və təşəkkürünü bildirib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova tədbirdə çıxış edib. O, Müsəlman şərqində yaranan ilk Demoktarik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tarixindən geniş bəhs edib. Bugünkü müstəqil Azərbaycanın məhz həmin cümhuriyyətin varisi olduğunu diqqətə çatdırıb.
Sonda əsərləri sərgidə nümayiş etdirilən gənc rəssamların hər birinə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
S.Əzizov

Şərh Yaz