Həndbol üzrə zona yarışları

Həndbol  üzrə zona yarışları     19-24 may 2017-ci il tarixlərdə Mingəçevir şəhəri “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Yeniyetmələrin XI Respublika Oyunlarının Proqramına daxil olan həndbol üzrə 2004-2005-ci il təvəllüdlü qızlar arasında zona yarışları keçirilib.
8 rayonun – Mingəçevir və Gəncə şəhərləri, İsmayıllı, Şəmkir, Göygöl, Qazax, Tovuz, Naftalan rayonlarının həndbol komandalarının mübarizə apardığı birincilikdə İsmayıllının komandası I, Göygölün komandası II və Gəncənin həndbol komandası III yeri tutub.
İsmayıllı komandası zona yarışlarının qalibi olmaqla iyun ayında Göygöl şəhərində keçiriləcək final oyunlarına vəsiqəni təmin etmiş olub.
Qızlarımızı təbrik edir, onlara final oyunlarından da qələbə sevinci ilə qayıtmağı arzulayırıq.
Ş.Qafarova

Şərh Yaz